Məhkəmə qərarları › İş №3(071)-178/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-178/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-178/2023 20.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Şəxs Zaur oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli və İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, “HOWO ZZ3257N3847A” yük markalı , **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Zaur oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin edilmiş inzibati cərimələri qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Zaur oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Zaur oğlunun törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 06 iyun 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 11305293 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs Zaur oğlu xx.xx.2021-ci il tarixdə “HOWO ZZ3257N3847A” yük markalı , **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə Şəxs Zaur oğluna rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 12176664 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs Zaur oğlu xx.xx.2022-ci il tarixdə “HOWO ZZ3257N3847A” yük markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2023-cü il tarixdə Şəxs Zaur oğluna rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 11305297 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs Zaur oğlu xx.xx.2022-ci il tarixdə “HOWO ZZ3257N3847A” yük markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə Şəxs Zaur oğluna rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 11305296 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs Zaur oğlu xx.xx.2022-ci il tarixdə “HOWO ZZ3257N3847A” yük markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə Şəxs Zaur oğluna rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 11305294 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs Zaur oğlu xx.xx.2021-ci il tarixdə “HOWO ZZ3257N3847A” yük markalı , **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə Şəxs Zaur oğluna rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə elektron portaldan əldə edilmiş çıxarışlardan müəyyən edilir ki, Şəxs Zaur oğlu EQ11305293 nömrəli, EQ 12176664 nömrəli, EQ 11305297 nömrəli, EQ 11305296 nömrəli və EQ11305294 nömrəli elektron qərarlar üzrə təyin edilmiş cərimələri ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs Zaur oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş cərimələrin məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Zaur oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Zaur oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə və İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, Şəxs Zaur oğlunun nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar