Məhkəmə qərarları › İş №3(071)-18/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-18/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-18/2024 09.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 2-ci qrup əlil, "xxxx" Əməliyyat Şirkətində dispetçer işləyən, Şirvan şəhəri, H.Əliyev prospekti 1 b, mənzil 39-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Vİİ tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Vİİ tağımından daxil olmuş materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu ərazisindən keçən 107-ci km-də Şəxs sürücülük hüququ olmadan (sürücülük hüququ məhdudlaşdırılıb) idarə etdiyi “Hyundai Veloster” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hacıqabul rayonu istiqamətində hərəkətdə olarkən idarə etməni itirdiyindən avtomobil yoldan çıxaraq dərəyə düşmüş, hadisə zamanı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sol sifət nahiyyəsinin sıyrılmış yaraları, sol gözaltı nahiyyəsinin qançırı, sol gözün konyuktivasına qansızma, sağ bazunun yan səthinin qançırı xəsarətləri almış, avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Material məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Vİİ tağımı inspektoru polis serjantı X3 izahatında bildirdi ki, Şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 14:00 radələrində “Hyundai Veloster” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu ərazisindən keçən 107-ci km-də Hacıqabul rayonu istiqamətində hərəkətdə olarkən idarə etməni itirdiyindən avtomobil yoldan çıxaraq dərəyə düşmüş, hadisə zamanı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almış, avtomobilə maddi zərər dəymişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 332.4-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, onun sürücülük vəsiqəsi olsa da, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. 18 sentyabr 2023-cü il tarixdə saat 14:00 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus “Hyundai Veloster” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhərinə gedirdilər. Avtomobilin sahibi Aytac qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobili təxminən saatda 90-100 km sürətlə idarə edirdi. Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu ərazisindən keçən 107-ci km-də qəfildən avtomobilin qabaq sol təkəri partlamış və hava yağmurlu olduğundan yolda idarə etməni itirmiş, nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşmışdır. Hadisə zamanı özü xəsarət almasa da, Zərərçəkmiş şəxs müxtəlif dərəcəli yüngül bədən xəsarətləri almış, “Hyundai Veloster” markalı avtomobilə isə maddi zərər dəymişdir. Törətdiyi əmələ görə çox peşmandır. Ailəli olmaqla, özünün 2-ci qrup əlil olmasını nəzərə alınaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs X2 dair İdarəsi üzrə istintaq və təhqiqat şöbəsinə verdiyi izahatından görünür ki, özünə məxsus “Hyundai Veloster” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 18 sentyabr 2023-cü il tarixdə saat 14:00 radələrində tanışı Şəxs ilə Şirvan şəhərinə gedirdilər. Avtomobili İlkin idarə etmiş, özü qabaq sağ oturacaqda oturmuşdur. Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu ərazisindən keçən 107-ci km-də qəfildən avtomobilin qabaq sol təkəri partlamış, bu zaman İlkin avtomobilə idarə etməni itirərək dərəyə aşırmış, özü müxtəlif bədən xəsarətləri almış, avtomobil isə yararsız hala düşmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs X2 dair İdarəsi üzrə istintaq və təhqiqat şöbəsinə verdiyi izahatından görünür ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, Zərərçəkmiş şəxs məxsus “Hyundai Veloster” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 sentyabr 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı-Qazax- Gürcüstan yolunun Hacıqabul rayonu ərazisindən keçən 107-ci km-də aşırmış, hadisə zamanı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almış, avtomobil isə yararsız hala düşmüşdür. İş materiallarında olan DİN elektron sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan X2 dair İdarəsi üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 307 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol sifət nahiyyəsinin sıyrılmış yaraları, sol gözaltı nahiyyəsinin qançırı, sol gözün konyuktivasına qansızma, sağ bazunun yan səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan elektron portaldan əldə edilmiş məlumatdan görünür ki, Şəxs ümumi səbəbdən 2-ci qrup əlildir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM–in 30.2-ci maddəsinə əsasən-hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını və 2-ci qrup əlil olduğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar