Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-18/2025 08.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Hacıqabul rayon prokurorluğunun nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-nin texniki işlər üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardan görünür ki, vəzifəli şəxs Şəxs "xxxx" MMC-də texniki işlər üzrə aparıcı mütəxəssis vəzifəsini icra edərkən müəssisədə tabeliyində çalışan işçi heyəti üzrə işlərin bölüşdürülməsi və nəzarət edilməsi, əməyin təhlükəsizliyi qaydalarına və şirkətdaxili nizam-intizam qaydalarına əməl edilməsinin təmin edilməsinə məsuliyyət daşımaq vəzifələrinin qoyulmasına baxmayaraq öz vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən "xxxx" MMC-nin ərazisində işçilərin əməyin təhlükəsizliyi və nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmədiyinə görə vəzifə təlimatının 2,4,5-ci bəndlərinin tələblərini pozması nəticəsində müəssisədə fəhlə-çilingər işləyən X2 xx.xx.2024-cü il tarixdə, saat 15 radələrdə iş vaxtı "xxxx" MMC-nin ərazisində toyuq peyninin sexin daxilindən avtomatlaşdırılmış şəkildə çölə xaric edilməsi üçün quraşdırılmış konveyerin zəncirini tələsdiyi üçün avadanlığı söndürmədən düzəltmək istəyərkən sol əlində olan əlcəyin konveyerin zəncirinə ilişməsi nəticəsində sol əlinin ikinci barmağının birinci falanqa səviyyəsindən amputasiyasısağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs lazımı qaydada məlumat verilsə də, o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş. Bu səbəbdən məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Hacıqabul rayon prokurorluğunun nümayəndəsi X3 inzibati xəta haqqında icraatın başlanması haqqında qərarın məzmununa uyğun çıxış edərək, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məhkmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 347 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarət - sol əlin İl barmaq İ falanqa səviyyəsindən amputasiyası - cansız mexanizmlərin təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avadanlığın zəncirini düzəldərkən sol əlində olan əlcək zəncirin dəmirinə ilişməsi və kəsilməsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə təhlükəsizliyi texnikası ekspertizasının xx.xx.2024cü il tarixli, 10/9396 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və "xxxx" MMC-nin “Texniki işlər üzrə aparıcı mütəxəssis”in 2,4,5-ci bəndlərinin tələbləri pozulmuşdur. Hacıqabul rayonu Ağacanlı kəndində yerləşən "xxxx" MMC-nin ərazisində işçilərin əməyin təhlükəsizliyi və nizamintizam qaydalarına riayət olunmasına nəzarət etmədiyinə görə vəzifə təlimatının 2,4, 5-ci bəndlərinin tələbləri cəmiyyətin texniki işlər üzrə aparıca mütəxəssisi tərəfindən pozulmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə daxil olmuş məktuba əlavə edilmiş sənədlərdə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişi, əmr və əmək müqaviləsinin surətindən görünür ki, Şəxs müəssisədə texniki işlər üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş, X4 isə xx.xx.2021-ci il tarixdən fəhlə işləyir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin texniki işlər üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.2-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsində isə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Məhkəmə, inzibati material üzrə tədqiq edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin texniki işlər üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən vəzifəli şəxs Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etməməsi səbəbindən müəssisədə fəhlə-çilingər işləyən X2 xx.xx.2024-cü il tarixdə, saat 15 radələrdə iş vaxtı "xxxx" MMC-nin ərazisində toyuq peyninin sexin daxilindən avtomatlaşdırılmış şəkildə çölə xaric edilməsi üçün quraşdırılmış konveyerin zəncirini tələsdiyi üçün avadanlığı söndürmədən düzəltmək istəyərkən sol əlində olan əlcəyin konveyerin zəncirinə ilişməsi nəticəsində sol əlinin ikinci barmağının birinci falanqa səviyyəsindən amputasiyası-sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırladıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-18/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-18/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver