Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-180/2024 20.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-cı il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs mülki ov silahını, yəni 1 ədəd 16 kalibrli, Tula zavodunun 1958-ci il istehsalı olan üzərində 10050-58 nömrəli yazı olan qoşa lülə yivsiz tüfəngi müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan əldə edib saxlamışdır. Belə ki, 14 may 2024-cü il tarixdə 3 saylı X4 mərkəzinin baş mühəndisi X3 Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat verərək Hacıqabul rayon Meyniman kəndi ərazisində 2 nəfər şəxsin qanunsuz ovla məşğul olması və oradan “Opel” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşmasını bildirmişdir. Aparılan araşdırma nəticəsində həmin silah Şəxs götürülərək saxlanılması üçün Hacıqabul RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, onun ov tüfəngi vardı. Uşaq göy öskürəkdən əziyyət çəkdiyi üçün göy qarğa ovlamaq qərarına gəlmişdir. Ov tüfəngi mərhum atasından qalmışdı, lakin onun adına rəsmişləşdirilməmişdir. Silahı Hacıqabul RPŞ-nə təhvil vermişdir. Həmin vaxt heç bir heyvan və ya quş ovlamamışdır. Çünki, ekologiya idarəsinin işçiləri ilə qarşılaşdığından sonuncular onun barəsində polisə məlumat vermişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət, eləcə də gəlməməsinin üzrlü səbəbləri barədə məlumat daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru X1 tərəfindən HK-1/561 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlamasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə aşkar edilmiş faktla bağlı Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXM-in 590.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən Hacıqabul RPŞ-dən təqdim edilmiş HK-1/561 saylı rədd materialında toplanmış sənədlərdən görünür ki, Hacıqabul RPŞ-nin İTB-nin təhqiqatçısı Taryel Səfərov xx.xx.2024-cü il tarixdə raportla şöbə rəisinə müraciət edərək Hacıqabul rayonu, Meyniman kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən tədbir görülməsi üçün və Şəxs götürülmüş 1 ədəd 16 kalibirli, “Tula zavodunun 1958-ci il istehsalı olan” qoşa lüləli, üzərində 10050-58 nömrəli yazısı olan sənədsiz mülki silahın aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin X5 Baş İdarəsinə təhvil verilməsi üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinin Hacıqabul RPŞ-nin İTB-yə verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Toplanmış materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan müəyyən edilir ki, Şəxs 1 ədəd 16 kalibrli, Tula zavodunun 1958-ci il istehsalı olan”” üzərində 10050-58 nömrəli yazı olan qoşa lülə yivsiz tüfəng götürülərək baxış keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Toplanmış materiala əlavə edilmiş xx.xx.2024-cüil tarixli raport və qəbzdən müəyyən edilir ki, 1 ədəd 16 kalibrli, Tula zavodunun 1958-ci il istehsalı olan üzərində 10050-58 nömrəli yazı olan qoşa lülə yivsiz tüfəng Hacıqabul rayon Polis Şöbəsinin növbətçi hissəsində olan saxlanc yerinə təhvil verilmişdir. Həmçinin toplanmış materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 30 may 2024-cü il tarixli, № 13-12/2-9496/2024 nömrəli məktubundan müəyyən edilir ki, Şəxs aşkar edilərək götürülmüş 1 ədəd 16 kalibrli, Tula zavodunun 1958-ci il istehsalı olan üzərində 10050-58 nömrəli yazı olan qoşa lülə yivsiz tüfəng DİN BƏSİİ-nin və RF DİN-nin Baş İnformasiya Analitik Mərkəzində talanmış və itirilmiş silahların uçotları üzrə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından icazə almadan 1 ədəd 16 kalibrli, Tula zavodunun 1958-ci il istehsalı olan üzərində 10050-58 nömrəli yazı olan qoşa lülə yivsiz tüfəngi əldə etmiş və saxlamışdır. Həmin ov silahı ondan aşkar edilərək götürülmüş və hazırda Hacıqabul Rayon Polis Şöbəsində saxlanılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə görə xidməti və mülki silahın dövriyyəsi bu Qanuna müvafiq olaraq həyata keçirilir. Həmin maddənin 2-ci hissəsinə görə xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2016-cı il tarixli 283 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nın 1-ci bəndinə görə 1.1. Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının (bundan sonra - silah və ya döyüş sursatı) inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydasını müəyyən edir. 1.2. Silahın və ya döyüş sursatının götürülməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq həyata keçirilir. 1.3. İnzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs götürülmüş silahı və ya döyüş sursatını bu Qaydaya uyğun olaraq saxlanılmağa verənədək onun mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görür. 1.4. Götürülmüş silahın və ya döyüş sursatının mənimsənil-məsi, özgəninkiləşdirilməsi, dəyişdirilməsi, xidməti və digər qanunsuz məqsədlərlə istifadə olunması qadağandır və qanun-vericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 1.5. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah və ya döyüş sursatı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə müvafiq qərarı qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən götürülmüş silah və ya döyüş sursatı barədə məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda həll olunur. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında silahın və ya döyüş sursatının müsadirə edilməsi nəzərdə tutulduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada onların dövlət mülkiyyətinə verilməsi həyata keçirilir. Həmin Qaydanın 4.5-ci bəndinə əsasən götürülmüş silah və ya döyüş sursatı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatına aid olduqda, dövlət mülkiyyətinə keçirilməsi və ya məhv edilməsi üçün onlar üzərində sərəncamvermə səlahiyyəti olan aidiyyəti dövlət orqanlarına təhvil verilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə tənbehi tətbiq edilməli, eyni zamanda ondan aşkar edilərək götürülmüş və hazırda Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd 16 kalibrli, Tula zavodunun 1958-ci il istehsalı olan və üzərində 10050-58 nömrəli yazı olan qoşa lülə yivsiz tüfəng müsadirə edilərək dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 100 (yüz) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs aşkar edilərək götürülmüş və hazırda Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd 16 kalibrli, Tula zavodunun 1958-ci il istehsalı olan və üzərində 10050- 58 nömrəli yazı olan qoşa lülə yivsiz tüfəng müsadirə edilərək dövlət mülkiyyətinə verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-180/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-180/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver