Məhkəmə qərarları › İş №3(071)-181/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-181/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-181/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, Hacıqabul rayon İcra və probasiya şöbəsinin rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Vardenis rayonu Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Hacıqabul rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)-20/2015 saylı icra vərəqəsinə əsasən X2 və Şəxs müştərək qaydada 41.604,48 manat əsas borc, 4973,06 manat məbləğində faiz borcu, 3839,27 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50.416,81 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə verilməlidir. Bundan başqa, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-380/2015 saylı məhkəmə qərarı üzrə verilmiş icra vərəqəsinə əsasən borclular X2 və Şəxs cəmi 92.401,17 (doxsan iki min dörd yüz bir manat on yeddi qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumunun tutularaq “Dəmirbank" ASC-yə ödənilməlidir. Bundan başqa, Quba Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2- 333/2003 nömrəli icra vərəqəsinə əsasən Şəxs 5000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 vərəsəsi Zərərçəkmiş şəxs3 Ələm oğlunun xeyrinə ödənilməlidir. Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 400/2024 saylı icra vərəqəsinə əsasən maraqlı şəxs Şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, Hacıqabul Rayon Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 1804 nömrəli icra qeydinə əsasən Şəxs cəmi 3625 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş, eyni zamanda icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və probasiya şöbəsinin rəisi X8 icra məmuru Ramil Məmmədov tərəfindən tərtib etdilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)-20/2015 saylı icra vərəqəsinə əsasən X2 və Şəxs müştərək qaydada 41.604,48 manat əsas borc, 4973,06 manat məbləğində faiz borcu, 3839,27 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50.416,81 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə verilməlidir. Bundan başqa, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-380/2015 saylı məhkəmə qərarı üzrə verilmiş icra vərəqəsinə əsasən borclular X2 və Şəxs cəmi 92.401,17 (doxsan iki min dörd yüz bir manat on yeddi qəpik) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq “Dəmirbank" ASC-yə ödənilməlidir. Bundan başqa, Quba Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-333/2003 nömrəli icra vərəqəsinə əsasən Şəxs 5000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 vərəsəsi Zərərçəkmiş şəxs3 Ələm oğlunun xeyrinə ödənilməlidir. Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-400/2024 saylı icra vərəqəsinə əsasən maraqlı şəxs Şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, Hacıqabul Rayon Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 1804 nömrəli icra qeydinə əsasən Şəxs cəmi 3625 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildirişlər və icra sənədləri surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə ona xəbərdarlıq edilmişdir. Şəxs icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər rəsmi qaydada qeydiyyatda olduğu ünvana göndərilmişdir. Eyni zamanda digər zəruri məcburi icra tədbirləri görülmüşdür. Lakin borclu bütün bu tədbirlərə, o cümlədən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin məzmunu ona izah edilməklə məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərinə əməl etməmiş, yəni icra sənədləri üzrə hazıradək ödənişləri vaxtlı-vaxtında və tam olaraq icra etməmişdir. İcra sənədləri üzrə tələbkarlar isə dəfələrlə İcra şöbəsinə müraciət edərək borcun tam şəkildə ödənilməsini və borclu barəsində zəruri təsir tədbirlərinin görülməsini tələb etmişlər. Hətta bəzən borclu çağırışlara gəlməkdən imtina etdiyinə görə barəsində axtarış elan edilmişdir. Odur ki, Şəxs icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edildiyi zaman Şəxs Zərərçəkmiş şəxs3 Ələm oğluna 5000 manat, Zərərçəkmiş şəxs1 1050 manat, dövlət büdcəsinə 100 manat və "xxxx" ASC-yə 133.877,17 manat borcu olmuşdur. Məhkəmə tərəfindən Şəxs barəsində inzibati xəta haqqında icraat aparılan müddət ərzində sonuncu tərəfindən müəyyən məbləğlərdə tələbkarlara ödənişlər edilmişdir. Belə ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs1 olan 1050 manat məbləğindəki borc tam şəkildə ödənilmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 Ələm oğluna isə 5000 manat ümumi borcdan 2000 manat məbləğində ödəniş edilmiş, hazırda ona olan 3000 manat təşkil etmişdir. "xxxx" ASC tərəfindən isə borcun ödənilib-ödənilməməsi ilə bağlı isə İcra və probasiya Şöbəsinə məlumat daxil olmamışdır. Lakin bank nümayəndəsi ilə danışıqlar aparılır və borclunun deməsinə görə onun tərəfindən bucari ilin sentyabrından etibarən ödəniş etməyə başlanılacaqdır. Bundan başqa icra sənədi üzrə təhvil verilməli olan texnikalardsn birinin yeri məlum olmaqla borclu təhvil verməklə bağlı iradəsini ifadə etmişdir. Eyni zamanda gələcəkdə borc məbləği hazırda bələdiyyə sədri olan Şəxs əmək haqqına yönəldiləcəkdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, borclu olduğu pul məbləğlərini etiraf edir. Gələcəkdə həmin borcu hissə-hissə ödəməyə hazırdı. Barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Borclu olduğu pul məbləğilərinə görə tutumanın əmək haqqısına yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borclarını ödəməsi üçün vaxt verildiyi təqdirdə o, yaxın günlər ərzində borcunu tam ödəyəcəkdir. Məhkəmə icraatı dövründə tələbkarlardan Zərərçəkmiş şəxs1 olan 1050 manat məbləğindəki borc tam şəkildə ödənilmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 Ələm oğluna isə 5000 manat ümumi borcdan 2000 manat məbləğində ödəniş edilmiş, hazırki borc isə 3000 manat təşkil etmişdir. Şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin seçilməsini xahiş etmiş, bu ilin sentyabr ayından etibarən borclu tərəfindən hər ay mütəmadi şəkildə tələbkarlara olan borcunu ödəyəcəyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 münasibətdə borc məbləği mübahisəlidir, çünki onun yeganə varis olmasına dair sənədlər tam şəkildə məhkəməyə təqdim edilməmiş və gələcəkdə bununla bağlı məsələni aidiyyəti Quba Rayon Məhkəməsində ayrıca mübahisələndirəcəkdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs3 izahatında bildirmişdir ki, Şəxs tərəfindən ona olan 5000 manat məbləğindəki borcdan 2000 manat ödənilsə də, o borcunu tam şəkildə ödənilməsini tələb edir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə digər tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər tələbkarlar (və ya onların nümayəndələri) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXMnin 62.4 və 112.1.4-cü maddələrinə əsasən tələbkarların (zərərçəkmiş şəxslərin) iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işinin materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)-20/2015 saylı icra vərəqəsinə əsasən Şəxs və Şəxs müştərək qaydada 41.604,48 manat əsas borc, 4973,06 manat məbləğində faiz borcu, 3839,27 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50.416,81 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə verilməli, "xxxx" ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinə xitam verilməli, Şəxs müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Hitachi” yük markalı, AZ10X-864 dövlət qeydiyyat nişanlı ekskavator ondan alınaraq "xxxx" ASC-yə qaytarılmalıdır. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)- 380/2015 saylı məhkəmə qərarı üzrə verilmiş icra vərəqəsinə əsasən borclular Şəxs və Şəxs cəmi 92.401,17 (doxsan iki min dörd yüz bir manat on yeddi qəpik) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq “Dəmirbank" ASC-yə ödənilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2- 333/2003 nömrəli icra vərəqəsinə əsasən Şəxs 5000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 vərəsəsi Zərərçəkmiş şəxs3 Ələm oğlunun xeyrinə ödənilməlidir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-400/2024 saylı icra vərəqəsinə əsasən maraqlı şəxs Şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 1804 nömrəli icra qeydinə əsasən Şəxs cəmi 3625 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 12-5/2-9581/2025 saylı məktubundan müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)-380/2015 saylı məhkəmə qərarı üzrə verilmiş icra vərəqəsinə əsasən borclular Şəxs və Şəxs cəmi 92.401.17 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq “Dəmirbank" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli daxili lizinq müqaviləsinə xitam verilməsi, “HOWO” yük markalı **- JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ondan alınaraq "xxxx" ASC-yə qaytarılması və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)-20/2015 saylı məhkəmə qərarı üzrə verilmiş icra vərəqəsinə əsasən borclular Şəxs və Şəxs cəmi 50.416,81 manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli daxili lizinq müqaviləsinə xitam verilməsi, “HİTACHİ” yük markalı AZ10X-864 dövlət qeydiyyat nişanlı ekskavatorun ondan alınaraq "xxxx" ASC-yə qaytarılması qət edilmiş və icra vərəqəsi icra olunması üçün Hacıqabul rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin verilməsindən kifayət qədər müddət keçməsinə baxmayaraq borclu şəxslər barəsində təsirli zəruri icra tədbirləri görülməmiş, icra vərəqələri üzrə borc məbləğləri ödənilməmiş, sözügedən məhkəmə qərarlarının tələblərindən irəli gələrək lizinq obyektlərinin tələbkara qaytarılması təmin edilməmiş və hazırki dövrə kimi icra vərəqələrinin icrası borclu şəxlər tərəfindən təmin edilməmişdir. Qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixədək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)- 380/2015 saylı icra vərəqəsi üzrə 6000 (altı min) manat, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-20/2015 saylı icra vərəqəsi üzrə isə cəmi 3000 (üç min) manat ödəniş həyata keçirilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq sözügedən icra sənədləri üzrə borclu şəxslər barəsində qanunvericilikdə müəyyən olunmuş qaydada təsirli icra tədbirləri görülməsi və bu barədə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 8(071)-19/2024 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müəyyən edilir ki, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1963-cü Şəxs Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 8(071)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1963-cü Şəxs Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Şöbəsinin rəisi İlkin Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli “borclunun əmlakının axtarılması barədə” qərardan müəyyən edilir ki, Şəxs istifadəsində olan “Hitachi” minik markalı, AZ10X-864 dövlət qeydiyyat nişanlı ekskavatorun axtarılıb tapılmasından ötrü Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Hacıqabul Rayon Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 1804 nömrəli icra qeydi icraata qəbul edilmiş, icra sənədinin icraatına başlanılmış, icra sənədinin icraatı ilə əlaqədar borclu Şəxs icra sənədinin könüllü icrası üçün 10 gün vaxt verilmiş və bu barədə ona bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-333/2003 nömrəli icra vərəqəsi icraata qəbul edilmiş, icra sənədinin icraatına başlanılmış, icra sənədinin icraatı ilə əlaqədar borclu Şəxs icra sənədinin könüllü icrası üçün 10 gün vaxt verilmiş və bu barədə ona bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-380/2015 saylı məhkəmə qərarı icraata qəbul edilmiş, icra sənədinin icraatına başlanılmış, icra sənədinin icraatı ilə əlaqədar borclular X2 və Şəxs icra sənədinin könüllü icrası üçün 10 gün vaxt verilmiş və bu barədə ona bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 400/2024 saylı icra vərəqəsi icraata qəbul edilmiş, icra sənədinin icraatına başlanılmış, icra sənədinin icraatı ilə əlaqədar borclu Şəxs icra sənədinin könüllü icrası üçün 10 gün vaxt verilmiş və bu barədə ona bildiriş göndərilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Babayev X1 rayonu Qarasu Bələdiyyəsində sədr vəzifəsində işləyir. Onun aylıq əmək haqqı məbləğinin 1000 manat olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, icraata başlanılması haqqında qərarlar və tələbin könüllü icrasına dair bildirişlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən şəxsən imzalamaqla rəsmi qaydada təhvil almışdır. Bundan başqa, borclu Şəxs tələbin könüllü icrasına dair bildirişlərə əsasən, eyni zamanda Hacıqabul Rayon İcra və Probasiya Şöbəsində izahatı alınarkən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədləri üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Eyni zamanda “Elektron Məhkəmə” İnformasiya Sistemindən şəxsin gəlir məlumatlarının yoxlanılması zamanı Şəxs 1000 manat məbləğində əmək haqqı aldığı müəyyən edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq məhkəmənin icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmış və hal-hazıradək onun icra sənədləri üzrə öhdəliyini qəsdən icra etməmişdir. Bununla da, Şəxs icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməklə, eyni zamanda icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinin 2-ci hissəsinin tələbini və Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, lakin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, eyni zamanda inzibati xəta haqqında iş üzrə məhkəmə icraatı dövründə tələbkarlardan birinə - Zərərçəkmiş şəxs1 olan 1050 manat məbləğindəki borcunu tam şəkildə ödəməsini, digər tələbkar - Zərərçəkmiş şəxs3 Ələm oğluna isə 5000 manat ümumi borcdan 2000 manat məbləğində ödəniş etməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli (28 aprel 2025-ci il tarixli dəyişikliklə) Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 4 və 5-ci bəndlərinə əsasən müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya məhkəmənin əsaslandırılmış qərardadı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir. 5. Bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Odur ki, Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Vəkil işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 10 (on) saata görə 110 (yüz on) manat pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.000 (bir min) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Vəkil işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 110 (yüz on) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ********************, VÖEN **********) Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar