Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-183/2024 06.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, “Tiktok” sosial şəbəkəsində “kuliy3ff” domeni ilə qeydiyyatdan keçmiş naməlum şəxs polis orqanlarının nüfuzuna xələl gətirən rüsvayedici video paylaşmışdır. Şəxs “Tiktok” sosial şəbəkəsində “Əkbər” domeni ilə qeydiyyatdan keçdikdən sonra qeyd edilən videonun altında xx.xx.2024-cü il tarixdə “yetimin bir gündə 20 manat xeyri olacaqdı oda getdi polisin evinə alt paltarına” sözlərini yazmaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, “Tiktok” sosial şəbəkəsində “kuliy3ff” domeni ilə qeydiyyatdan keçmiş naməlum şəxs polis orqanlarının nüfuzuna xələl gətirən rüsvayedici video paylaşmışdır. Şəxs “Tiktok” sosial şəbəkəsində “Əkbər” domeni ilə qeydiyyatdan keçdikdən sonra qeyd edilən videonun altında xx.xx.2024-cü il tarixdə “yetimin bir gündə 20 manat xeyri olacaqdı oda getdi polisin evinə alt paltarına” sözlərini yazmaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onun atası və qohumları polis əməkdaşları olmuşlar. İndiyə kimi polis orqanları arasında heç bir münaqişə olmamışdır. Ona məxsus telefonda yazılanlardan xəbəri yoxdur. “Tiktok” sosial şəbəkəsində “Əkbər” domeni ona məxsusdur, lakin qeyd edilən videonun altında olan yazını o, yazmamışdır. Yazının yazılmasından heç bir məlumatı yoxdur. Son vaxtlar Bakı şəhərində müxtəlif tikinti obyektlərində usta işləyir. Ehtimal edir ki, həmin yazını ondan xəbərsiz onunla birlikdə işləyən yoldaşlardan kimsə yazıb. Hacıqabul RPŞ-də olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İş materilallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:25-dən 13:20-dək Şəxs məxsus “Redmi 10C” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Şəxs “Tiktok” sosial şəbəkəsindən “Əkbər” domeni ilə qeydiyyatdan keçməsi və “Tiktok” sosial şəbəkəsində qeyd edilən videonun şərh hissəsində “yetimin bir gündə 20 manat xeyri olacaqdı oda getdi polisin evinə alt paltarına” sözlərinin yazılması müəyyən edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 21:30-da tutulmuşdur. İş materilallarında olan “Tiktok” sosial səhifəsindən edilmiş çıxarışdan görünür ki, 15 saniyəlik videogörüntünün şərh hissəsində “Əkbər” domeni ilə qeydiyyatdan keçmiş şəxs tərəfindən “yetimin bir gündə 20 manat xeyri olacaqdı oda getdi polisin evinə alt paltarına” sözləri yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Tiktok” sosial şəbəkəsində “Əkbər” domeni ilə qeydiyyatdan keçdikdən sonra qeyd edilən videonun altında xx.xx.2024-cü il tarixdə “yetimin bir gündə 20 manat xeyri olacaqdı oda getdi polisin evinə alt paltarına” sözlərini yazmaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs İXM-in 338-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 21:30-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-183/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-183/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver