Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-186/2025 04.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X11, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkillər Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Hacıqabul rayonu, 1-ci Meyniman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X17 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon Polis Şöbəsinin inzibati binasında ucadan qışqırıb ünvansız söyüşlər söyüb səs-küy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X17 izahatında göstərdi ki, Vəliyev X6 rayon Polis Şöbəsində olarkən onu polis şöbəsinə dəvət edən polis əməkdaşının xidməti fəaliyyətlərinin icrasına maneçilik törətmiş, ucadan qışqırıb ünvansız söyüşlər söyüb səsküy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, qanuni tələblərə tabe olmamışdır. Polis əməkdaşı Şəxs sakitləşdirərək intizama dəvət etsə də, o, qanunazidd əməllərinə son qaymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu Meyniman kəndində yaşayır. Əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Onu ilk dəfə Hacıqabul Rayon Polis Şöbəsinə müstəntiq Bəxtiyar Qurbanov tərəfindən çağırılmışdır. Çağırılmasının əsas səbəbi kimi onun barəsində şöbəyə şikayətin daxil olması ilə əlaqədar olmuşdur. O, Hacıqabul rayon Meyniman kənd bələdiyyəsinin sədri Sahil Ağayevdən şikayətçi olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə sədrinin hərəkətlərindən şikayət etmişdir. Həmin şikayəti üzrə toplanmış material Hacıqabul RPŞyə daxil olmuş, daha sonra həmin materiala xitam verilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları onun cibinə “bir şey” atmaq istəmiş, həmin vaxt bunu hiss etmişdir. Daha sonra rəis müavini Rüfət İbayev onu ayrıca qəbul etmişdir. Həmin vaxt Rüfət İbayev ona bələdiyyənin hərəkətlərindən şikayətçi olmamağı, barışmağı təklif etmişdir. O isə bunun qarşılığında bələdiyyənin qanunsuz hərəkətlərini dayandırılmasını istədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, bələdiyyənin qanunsuz hərəkətlərindən şikayət etmiş, həmçinin bunu sosial şəbəkələrdə çəkib paylaşmışdır. Polis şöbəsində olan zaman əsəbi olduğu üçün səs-küy salmışdır. O, müharibə iştirakçısı olduğu üçün müharibədən sonrakı dövrlərdə tez-tez əsəbləşir. Lakin, polis əməkdaşlarına qarşı qeyri-etik ifadələr işlətməmişdir. Əksinə, polis əməkdaşları onu təhdid etmiş, üzərinə, yəni cibinə nə isə yad əşya qoymağa çalışmışlar. Odur ki, barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Şirvan Regional Vəkillər Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, Şəxs Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Lakin, dəvətin nə ilə bağlı olduğu ona bildirilməmişdir. Şəxs ilk dəfə polis şöbəsinə müstəntiq Bəxtiyar Qurbanov çağırmışdır. Şöbədə Şəxs qarşı qanunsuz hərəkətlər olmuşdur. Belə ki, o, polis əməkdaşları tərəfindən qanunsuz olaraq dəfələrlə saxlanılmış, həbs edilmişdir. Bugün təkrarən Şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, qanunsuz olaraq tutulmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şahid ifadələrini əsassız hesab edir. Şahidlərin ifadələrində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Şəxs tərəfindən polis əməkdaşlarına qarşı hər hansı nalayiq ifadələr işlədilməmişdir. O, polis şöbəsində olarkən sadəcə əsəbi olmuş və yüksək səslə danışmışdır. Bunun əsas səbəbi isə barəsində icraat aparılan şəxsin Meyniman kənd bələdiyyəsinin sədrinin qanunsuz hərəkətlərindən müxtəlif dövlət orqanlarına şikayət etməsi, həmçinin bunu istifadə etdiyi sosial şəbəkələrdə çəkib paylaşması olmuşdur. Şəxs bundan əvvəl dəfələrlə Hacıqabul RPŞ-yə çağırılmış, ona Meyniman kən bələdiyyəsinin sədri Sahil Ağayevdən şikayətçi olmaması, barışması təklif edilmişdir. Şəxs bunun qarşılığında bələdiyyə sədrinin qanunsuz olaraq zəbt etdiyi torpaq sahələrini qaytarmasını istəmişdir. Qeyd olunan halların məhkəmə tərəfindən nəzərə alınmasını, Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izhatında bildirmişdir ki, o, Hacıqabul rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Hacıqabul rayonu, 1-ci Meyniman kənd sakini Şəxs ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Belə ki, 04 iyul 2025-ci ildə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin inzibati binasında olduğu zaman rayon polis şöbəsinin 2ci mərtəbəsindən səs-küy gəldiyini eşitmişdir. Mən həmin vaxt dərhal səs-küy gələn yerə, yəni 2-ci mərtəbəyə yaxınlaşmış və polis şöbəsinin 2-ci mərtəbəsində Şəxs uca səslə qışqırıb səs-küy saldığını görmüşdür. Həmin vaxt ora RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Rüfət İbayev, İstintaq bölməsinin rəisi Elton Ağayev, İstintaq bölməsinin müstəntiqi Camaləddin Rzayev, məsul növbətçi Namiq Hacıyev, CAB-nin baş əməliyyat müvəkkili Eldar Soltanov, CAB-nin əməliyyat müvəkkili Rəvan Xəlilov və digər polis əməkdaşları gəlmişdir. O və orada olan digər polis əməkdaşları Şəxs sakitləşdirməyə, qanunsuz hərəkətlərini davam etdirməsinə mane olmağa çalışmışdır. Lakin, dəfələrlə Şəxs qanunsuz hərəkətlərini dayandırmasını, səs-küy salmamasını, nalayiq ifadələr işlədərək söyüşlər söyməməsini və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmağa dəvət etsələr də, Şəxs qanunsuz hərəkətlərini davam etdirməyə başlamışdır. Belə ki, Şəxs sakitləşmək əvəzinə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, “görün sizin başınıza nə oyun açacağam, sosial şəbəkələrə çıxıb sizi rüsvay edəcəyəm” və s. kimi sözlər deyib polis əməkdaşlarını hədələmişdir. Şəxs bu qanunsuz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdirərək polis şöbəsinin normal iş rejimini pozmuşdur. Bir qədər sonra polis şöbəsinin həyətində qışqırıq səsləri gəlmiş və məlum olmuşdur ki, səs-küy salaraq polis şöbəsinin giriş qapısında olan polis nəfərlərinin tələblərinə məhəl qoymadan polis şöbəsinə daxil olan şəxs Şəxs anası X5r. Hürzad Vəliyeva polis əməkdaşlarının ünvanına söyüşlər söyərək və digər nalayiq ifadələr işlədərək inzibati binanın ikinci mərtəbəsinə qalxmışdır. Dəfələrlə onu sakitliyə dəvət etsələr də o, sakitləşmədən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini 20-30 dəqiqə ərzində davam etdirmişdir. Daha sonra Rüfət İbayev qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər – Hacıqabul RPŞ-nin əməliyyat işi üzrə rəis müavini X18, Hacıqabul RPŞ-nin İB-nin rəisi X19, Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi X7, Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X9 və Hacıqabul RPŞ-nin CABnin əməliyyat müvəkkili Rəvan Xəlilov şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmasına baxmayaraq şahid X14 məhkəmə iclasına gəlməmişdir. Onun Hacıqabul RPŞ-yə verdiyi izahatı tədqiq edilən zaman müəyyən edilmişdir ki, o, şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul RPŞ-nin əməliyyat işi üzrə rəis müavini X18 tərəfindən tərtib edilmiş 04 iyul 2025-ci il tarixli raportdan görünür ki, Hacıqabul RPŞnin İstintaq bölməsində CM-nin 188.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilməli olan, xx.xx.1993-cü il təvəllüdlü, Hacıqabul rayonu Meyniman kənd sakini Şəxs Hüseyxan oğlu dəfələrlə istintaqa çağrılsa da, gəlmədiyi üçün xx.xx.2025-ci il tarixdə ona zəng edərək polis şöbəsinə dəvət etmişdir. xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Şəxs Hüseyxan oğlu vəkili olduğunu bildirdiyi Vəkil adlı şəxslə birgə xidməti otağına gəlmişdir. O, Şəxs nə üçün çağrışa gəlmədiyini bildirib onu müstəntiq tərəfindən dindirilməsi üçün İB-nin rəisi Elton Ağayevin otağına göndərmişdir. Özünü vəkil kimi təqdim edən Vəkil adlı şəxs isə etibarnaməsi olmadığı üçün xidməti otağını tərk edib getmişdir. Təqribən 5 dəqiqə keçmiş səs-küy eşidib dəhlizə çıxanda Şəxs nalayiq ifadələr işlədərək “şikayət edib, Tik-toka çıxıb görün Sizin başınıza nə oyun açaram" və s. hədələyici sözlər deməsinin şahidi olmuşdur. Həmin vaxt o uca səslə qışqıraraq nalayiq ifadələr işlətdiyindən səs-küyə CAB-nin, İstintaq bölməsinin və polis şöbəsinin digər əməkdaşları ora gələrək Şəxs sakitləşdirməyə çalışdılar. Lakin Şəxs polis əməkdaşlarının sakit olmaqla bağlı qanunu tələblərinə məhəl qoymadan öz hərəkətlərini 15-20 dəqiqə ərzində davam etdirərək polis əməkdaşlarının ünvanına söyüşlər söydü və nalayiq ifadələr işlətdi. Bu zaman Polis şöbəsinin həyətində qışqırıq səsləri gəldi və məlum oldu ki, səs-küy salaraq polis şöbəsinin giriş qapısında olan polis nəfərlərinin tələblərinə məhəl qoymadan polis şöbəsinə daxil olan şəxs Şəxs anası, 1965-ci il təvəllüdlü, Hacıqabul rayonu Meyniman kənd sakini X5r. Hürzad Vəliyevə polis əməkdaşlarınin ünvanına söyüşlər söyərək və digər nalayiq ifadələr işlədərək inzibati binanın ikinci mərtəbəsinə qalxdı. Orada olan polis əməkdaşları və o, dəfələrlə onu sakitliyə dəvət etsə də o, sakitləşmədən qanuni tələblərə məhəl qoymayaraq hərəkətlərini 20-30 dəqiqə ərzində davam etdirmişdir. Ona görə də, Şəxs Hüseyxan oğlu və X8 barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi şöbə rəisindən xahiş edilmişdir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 13:40-da tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X10 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X17 tərəfindən tərtib olunmuş protokoldan müəyyən edilir ki, Şəxs heç bir səbəb və əsas göstərmədən izahat verməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırda işin faktiki hallarından müəyyən edilir ki, 04 iyul 2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul RPŞ-nin inzibati binasında Şəxs RPŞ-də olarkən səbəbsiz yerə əsəbiləşərək ucadan qışqırmağa başlamış, polis əməkdaşlarına nalayiq ifadələrlə söyüş söyərək RPŞ-nin xidməti otağında səs-küy salmış, həmin vaxt xidmət aparan polis əməkdaşları X2 və digərləri onu sakitləşdirməyə çalışsalar da, Şəxs bu qanuni tələblərə məhəl qoymamış, israrla qışqırmağa davam etmişdir. X3, Rüfət İbayev, Elton Ağayev, Camaləddin Rzayev, Eldar Soltanov və Rəvan Xəlilov ifadələrində həmin vaxt Şəxs polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq nalayiq ifadələri dayandırmadığını və polisin qanuni tələblərinə tabe olmadığını açıq şəkildə təsdiq etmişlər ki, bu da inzibati xəta protokolundakı (MN seriyalı ******* nömrəli) qeydlərlə üst-üstə düşmüşdür. Məhkəmə bütün bu sübutları qarşılıqlı əlaqədə, təfsilatla araşdıraraq, Şəxs hərəkətlərinin xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələblərinə tabe olmama kimi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməsini tam əsaslı saymış, müdafiə tərəfinin Şəxs yalnız əsəbi olub nalayiq ifadələr işlətmədiyi barədə iddialarını isə çoxsaylı şahid ifadələri, protokol və iş materialları ilə təkzib olunmuş hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 13:40-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-186/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-186/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver