Məhkəmə qərarları › İş №3(071)-187/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-187/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-187/2025 04.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X7 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin XÜ-nün baş inspetoru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i̇ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsinin XÜ-nün baş inspetoru X15 tərəfindən tərtib edilmiş 04 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin XÜ-nün baş inspetoru X15 tərəfindən tərtib olunmuş 04 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin XÜ-nün baş inspetoru X15 izahatında göstərdi ki, Vəliyeva X4 rayon Polis Şöbəsində olarkən polis əməkdaşının xidməti fəaliyyətlərinin icrasına maneçilik törətmiş, ucadan qışqırıb ünvansız söyüşlər söyüb səs-küy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, qanuni tələblərə tabe olmamışdır. Polis əməkdaşı Şəxs sakitləşdirərək intizama dəvət etsə də, o, qanunazidd əməllərinə son qaymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Hacıqabul rayonu Meyniman kəndinə ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda fərdi əməklə məşğul olur. 1993-cü il təvəllüdlü X10 onun oğludur. X30 RPŞ-də icraatı aparılan cinayət işi üzrə şahid qismində dindirilməli idi, bununa bağlı onun məlumatı olmuşdur. Bununla bağlı dəfələrlə RPŞ-nin İstintaq Bölməsinə çağırılmışdır, lakin oğlu RPŞ-yə gəlməkdən imtina etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə oğlunu təkrar olaraq şahid olduğu cinayət işi üzrə RPŞ-yə ifadə vermək üçün dəvət etmişdilər və xx.xx.2025-ci il tarixdə saat 12 radələrində o, oğlu və vəkil Əhədov Eyvazla birlikdə RPŞ-yə gəlmiş, oğlu və vəkili RPŞ-nin inzibati binasına daxil olmuş, oğlu onunla getməsini istəmədiyi üçün o, RPŞ-nin 1 saylı X1rşısında gözləmişdir. Lakin bir müddət keçdikdən sonra o, RPŞ-nin 1 saylı X1rşısında uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt RPŞ-nin 1 saylı X6 xidmət aparan əməkdaşlar ona irad bildirmiş, etdiyi əməlin qeyri-qanuni olmasını, xırda xuliqanlıq hərəkətləri etdiyini bildirmiş, lakin o, əsəbi olduğundan polis əməkdaşları ilə sözlü mübahisəyə davam etmiş, polis əməkdaşlarının ona tutduğu iradlardan heç bir nəticə çıxarmamış, onların qanuni tələbinə qəsdən tabe olmayaraq zorla 1 saylı X2 keçərək RPŞ-nin inzibati ərazisində daxil olmuş, orada da uca səslə qışqırmağa başlamışdır. Uca səslə qışqıraraq RPŞ-nin inzibati binasında daxil olmuş, polis əməkdaşları dəfələrlə ona etdiyi əməlin qeyri-qanuni olmasını izah etsələr də, o, onların ona tutduğu iradlara heç bir məhəl qoymayaraq RPŞ-nin inzibati binasında ictimai qaydaları pozaraq polis əməkdaşlarının normal xidməti faəliyyətinə maneçilik yaratmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o polis əməkdaşlarına qarşı qeyri-etik ifadələr işlətməmiş, sadəcə əsəbi olduğu üçün uca səslə danışaraq polis əməkdaşlarının tələblərini yerinı yetirməmişdir. Sonda barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, o, Hacıqabul RPŞ-nin təminat hissəsinin sürücüsü işləyir. AR DİO-da 2021-ci il tarixdən, 2024-cü il tarixdən tutduğu vəzifədə xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Hacıqabul RPŞ-nin 1 saylı X6 xidmətdə olan zaman 1 nəfər (qadın cinsli) şəxs buraxılış məntəqəsinə yaxınlaşmış, X6 uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamış, dəfələrlə ona öz qanunazidd davranışlarını dayandırmasını, polis əməkdaşlarının qanuni tələbinə tabe olmasını bildirdikdə, sonuncu daha da aqressivləşərək öz qərəzli hərəkətlərini davam etdirmişdir. Onu dəfələrlə nizam intizama dəvət etsə də, sonuncu daha da aqressivləşərək öz qərəzli hərəkətlərini davam etdirib cəmiyyətdə insanlar arasında bərqərər olmuş, qanunvericiliklə müəyyən edilmiş birgə yaşayış və davranış qaydalarını, yəni ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərini davam etdirmiş, daha sonra 1 saylı X2 keçərək RPŞ-nin inzibati ərazisində qərəzli formada uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Təxminən həmin şəxs 5-10 dəqiqə öz qərəzli hərəkətlərini davam etdirmiş, 15-20 dəqiqədən sonra çətinliklə də olsa həmin şəxsi saxlaya bilmiş və X16 hissəsinə təhvil verilmişdir. X16 Hissəsində həmin şəxsin xx.xx.1962-ci il təvəllüdlü Hacıqabul rayonu Meyniman kəndində yaşayan Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Hacıqabul RPŞ-nin əməliyyat işi üzrə rəis müavini X24 şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmasına baxmayaraq şahidlər Hacıqabul RPŞ-nin İB-nin rəisi X25, Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi X9, Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X12, Hacıqabul RPŞ-nin NH-nin məsul növbətçisi X18 və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Rəvan Xəlilov oğlu məhkəmə iclasına gəlməmişdir. Onların Hacıqabul RPŞ-yə verdiyi izahatı tədqiq edilən zaman müəyyən edilmişdir ki, onlar şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul RPŞ-nin əməliyyat işi üzrə rəis müavini X24 tərəfindən tərtib edilmiş 04 iyul 2025-ci il tarixli raportdan görünür ki, Hacıqabul RPŞnin İstintaq bölməsində CM-nin 188.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilməli olan, xx.xx.1993-cü il təvəllüdlü, Hacıqabul rayonu Meyniman kənd sakini X14 dəfələrlə istintaqa çağrılsa da, gəlmədiyi üçün xx.xx.2025-ci il tarixdə ona zəng edərək polis şöbəsinə dəvət etmişdir. xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində X14 vəkili olduğunu bildirdiyi Eyvaz Əhədov adlı şəxslə birgə xidməti otağına gəlmişdir. O, Orxan Vəliyevə nə üçün çağrışa gəlmədiyini bildirib onu müstəntiq tərəfindən dindirilməsi üçün İB-nin rəisi Elton Ağayevin otağına göndərmişdir. Özünü vəkil kimi təqdim edən Eyvaz Əhədov adlı şəxs isə etibarnaməsi olmadığı üçün xidməti otağını tərk edib getmişdir. Təqribən 5 dəqiqə keçmiş səs-küy eşidib dəhlizə çıxanda Orxan Vəliyevin nalayiq ifadələr işlədərək “şikayət edib, Tik-toka çıxıb görün Sizin başınıza nə oyun açaram" və s. hədələyici sözlər deməsinin şahidi olmuşdur. Həmin vaxt o uca səslə qışqıraraq nalayiq ifadələr işlətdiyindən səs-küyə CABnin, İstintaq bölməsinin və polis şöbəsinin digər əməkdaşları ora gələrək Orxan Vəliyevi sakitləşdirməyə çalışdılar. X29 polis əməkdaşlarının sakit olmaqla bağlı qanunu tələblərinə məhəl qoymadan öz hərəkətlərini 15-20 dəqiqə ərzində davam etdirərək polis əməkdaşlarının ünvanına söyüşlər söydü və nalayiq ifadələr işlətdi. Bu zaman Polis şöbəsinin həyətində qışqırıq səsləri gəldi və məlum oldu ki, səs-küy salaraq polis şöbəsinin giriş qapısında olan polis nəfərlərinin tələblərinə məhəl qoymadan polis şöbəsinə daxil olan şəxs Orxan Vəliyevin anası, 1965-ci il təvəllüdlü, Hacıqabul rayonu Meyniman kənd sakini Şəxsdır. Hürzad Vəliyevə polis əməkdaşlarınin ünvanına söyüşlər söyərək və digər nalayiq ifadələr işlədərək inzibati binanın ikinci mərtəbəsinə qalxdı. Orada olan polis əməkdaşları və o, dəfələrlə onu sakitliyə dəvət etsə də o, sakitləşmədən qanuni tələblərə məhəl qoymayaraq hərəkətlərini 20-30 dəqiqə ərzində davam etdirmişdir. Ona görə də, X14 və Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi şöbə rəisindən xahiş edilmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-nin təminat hissəsinin sürücüsü X11 tərəfindən tərtib edilmiş 04 iyul 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Hacıqabul RPŞ-nin 1 saylı X6 xidmətdə olan zaman 1 nəfər (qadın cinsli) şəxs buraxılış məntəqəsinə yaxınlaşmış, X6 uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamış, dəfələrlə ona öz qanunazidd davranışlarını dayandırmasını, polis əməkdaşlarının qanuni tələbinə tabe olmasını bildirdikdə, sonuncu daha da aqressivləşərək öz qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra 1 saylı X2 keçərək RPŞ-nin inzibati ərazisində qərəzli formada uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə davam etmiş, sonra RPŞ-nin inzibati binasında uca səslə danışaraq polis əməkdaşlarının xidməti faəliyyətinə mane olmağa davam etmişdir. Təxminən həmin şəxs 5-10 dəqiqə öz qərəzli hərəkətlərini davam etdirmiş, 15-20 dəqiqədən sonra çətinliklə də olsa həmin şəxsi saxlaya bilmiş və X16 hissəsinə təhvil verilmişdir. Odur ki, xx.xx.1962-ci il təvəllüdlü Hacıqabul rayonu Meyniman kəndində yaşayan Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi şöbə rəisindən xahiş edilmişdir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 12:40-da tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X13 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı müdafiəçiyə ehtiyacı yoxdur. Məhkəmə iclası zamanı hüquqlarını özü müdafiə edəcəkdir. Bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Odur ki, məhkəmə iclasının onun müdafiəçisi olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırda işin faktiki hallarından müəyyən edilir ki, 04 iyul 2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul RPŞ-nin inzibati binasında Şəxs RPŞ-də olarkən səbəbsiz yerə əsəbiləşərək ucadan qışqırmağa başlamış, polis əməkdaşlarına nalayiq ifadələrlə söyüş söyərək RPŞ-nin inzibati binasında səs-küy salmış, həmin vaxt xidmət aparan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, Şəxs bu qanuni tələblərə məhəl qoymamış, israrla qışqırmağa davam etmişdir. Şahidlər ifadələrində həmin vaxt Şəxs polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq nalayiq ifadələri dayandırmadığını və polisin qanuni tələblərinə tabe olmadığını açıq şəkildə təsdiq etmişlər ki, bu da inzibati xəta protokolundakı (MN seriyalı ******* nömrəli) qeydlərlə üst-üstə düşmüşdür. Məhkəmə bütün bu sübutları qarşılıqlı əlaqədə, təfsilatla araşdıraraq, Şəxs hərəkətlərinin xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələblərinə tabe olmama kimi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməsini tam əsaslı saymışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ahıl yaşında olmasını məsuliyyətini yüngülləşdirən hal hesab etmişdir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qəbul edilmiş qərarın icrası Şəxs yaşadığı yer üzrə İcra şöbəsinə həvalə edilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar