Məhkəmə qərarları › İş №3(071)-189/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-189/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-189/2023 08.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, zərərçəkmiş şəxslər X9 və X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023 -cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Nəvahi qəsəbəsində həyat yoldaşı X5 və anası X3 döyməklə onlara dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Beləliklə də, Bəbirov X8 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2023cü il tarixdə aralarında yaranmış mübahisə zəmnində həyat yoldaşı X5 və anası X3 vuraraq xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. X9 həyat yoldaşı, X7 anasıdır. Uzun müddətdir ki, spirtli içki qəbul edir. Hər dəfə də evdə buna görə münaqişə yaranır. xx.xx.2023-cü il tarixdə yenə evə sərxoş getdiyi üçün anası və həyat yoldaşı ilə mübahisə etmiş, aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı Mətanəti və anası Xatirəni vurub onlaraq xəsarət yetirmişdir . Əməlindən peşman olmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, o, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yaşayır. Şəxs onun oğludur. Elmin uzun müddətdir ki, spirtli içki qəbul edir. Hər dəfə sərxoş gəlib evdə onunla və həyat yoldaşı ilə aralarında münaqişə yaradır. 18 may 2023-cü il tarixdə saat 23 radələrində işdən evə gələrkən Elminin sərxoş vəziyyətdə gəlini Mətanəti söyüb təhqir edərək döydüyünü görüb, onları aralamaq məqsədi ilə araya girmiş, bu vaxt Elmin onun saçından yolaraq sifətinə xəsarət yetirmişdir. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun həbs olunmasını istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, o, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yaşayır. Şəxs onun həyat yoldaşıdır. Elmin uzun müddətdir ki, spirtli içkilər qəbul edir. Hər dəfə sərxoş gəlib onu döyərək, aralarında münaqişə yaradır. 18 may 2023-cü il tarixdə saat 23 radələrində Elmin yenə də sərxoş vəziyyətdə evə gələrək onu söyüb təhqir edərək döymüşdür. Onları aralamaq istəyən qaynanası Xatirəni isə saçından yolaraq sifətinə xəsarət yetirmişdir. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 149 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər sağ bazunun arxa səthinin qançır. Sol sifər nahiyyəsinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 148 saylı rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər - Sol saidin iç səthiin sıyrığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslərin şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 30 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X12 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxslərin izahatı, ekspert rəyləri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 08 iyun 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Hacıqabul şəhəri Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar