Məhkəmə qərarları › İş №3(071)-189/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-189/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-189/2025 08.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs Söbxan qızının, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Salyan rayonu Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Hacıqabul rayonu Atbulaq kənd tam orta məktəbində Hacıqabul rayonu Qızılburun kənd sakini Zərərçəkmiş şəxs Söbxan qızını qəsdən vuraraq sonuncuya dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirməklə döymüşdür. Beləliklə, Talıbova X5 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Hacıqabul rayonu Atbulaq kənd tam orta məktəbində Hacıqabul rayonu Qızılburun kənd sakini Zərərçəkmiş şəxs Söbxan qızına zərbə vuraraq döymüşdür. Nəticədə, Talıbova X5 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Çinarə ilə düşmənçiliyi və ya ədavəti olmayıb. 25 ildir ki, Hacıqabul rayon C.Cavadov adına Atbulaq kənd tam orta məktəbində dalandar vəzifəsində işləyir. 09 iyun 2025-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayon C.Cavadov adına Atbulaq kənd tam orta məktəbində işdə olan zaman məktəbin dəhlizində Çinarəni görmüş, onu evdən acıq edərək getməsi səbəbindən danlamışdır. Onun sözündən sonra Çinarə onu təhqiredici ifadələrlə təhqir edərək qızını onun yerinə ərə verməsini bildirmişdir. Çinarənin təhqiredici ifadələrinə əsəbləşib Çinarənin sifət nahiyyəsinə tüpürmüş, sonra Çinarə onun üstünə hücum çəkərək boğaz nahiyəsindən tutmuşdur. Onların səs-küylərinə məktəb müəllimləri gəlmiş, direktor əvəzi Azər müəllimin müdaxiləsindən sonra onlar aralanaraq Çinarə ilə birlikdə məktəbin direktoru əvəzi Azər müəllimin otağına getmiş, Azər müəllim hər ikisini danladıqdan sonra olanlar barədə akt tərtib etmişdir. Elədiyi əməldən peşman olduğunu və etdiyi əməli əsəbləşərək etdiyini göstərmişdir. Şikayəti olmadığı üçün məhkəmə tibbi ekspert müayinəsindən keçməkdən imtina etmişdir. Törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. Barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Söbxan qızı izahatında bildirdi ki, 20 sentyabr 2015-ci ildə Hacıqabul rayonu, Atbulaq kənd sakini X6 ilə ailə həyatı qurmuş və nikahdan 3 övladı var. Onlar birlikdə qaynanası X2 məxsus evdə yaşayırlar. Telnaz onunla yola getmədiyindən və qonşuluqda yaşayan qohumu X3 onların ailə işinə qarışdığından dözə bilməyib 06 iyun 2025-ci il tarixdə acıq edib azyaşlı uşaqları ilə birlikdə Hacıqabul rayonu, Qızılburun kəndinə atası evinə getmiş və hazırda orada yaşayırlar. 09 iyun 2025-ci il tarixdə Atbulaq kənd tam orta məktəbində keçirilər “Əlifba” bayramı ilə əlaqədar azyaşlı qızı X7 məktəbə aparmışdır. Məktəbdə Banunun sinif otağının qarşısında tək dayanan zaman məktəbdə xadimə işləyən və Zaminin əmisinin arvadı Şəxs onu yanına çağırmış, dəhlizə dayanan Bənövşənin yanına getmiş, Bənövşə ona nə səbəbə onunla soyuq davrandığını demiş, Bənövşəyə onun ərə getməsində maraqlı olduğunu və Zaminin ailəsinin narahat olması barədə ona məlumat vermədiyi səbəbindən iradını bildirmişdir. Bənövşə ona təkrar irad bildirərək geri ər evinə dönməsini dediyində Bənövşəyə məsləhətdirsə onun yerinə qızını ərə verməsini demişdir. Bənövşə qəflətən onun üstünə hücum çəkərək yaxasından tutub kürəyini divara söykəyib əli ilə onun boğazından tutub öldürəcəyi ilə hədələmiş, Bənövşənin əlindən çıxaraq sinif otaqlarının birinə getmək istəmiş, Bənövşə onun getməsinə imkan verməmiş və onun üzünə tüpürərək nalayiq ifadələrlə təhqir etmişdir. Sonradan Bənövşə onu əli ilə sinəsindən itələyərək özündən uzaqlaşdırmış, bundan sonra o, boş olan sinif otağına gedib oturmuşdur. Az sonra Bənövşə həmin sinif otağına gəlmiş, onu döyəcəyi ilə hədələmiş və təkrar üzünə tüpürmüşdür. Bənövşənin hərəkətlərindən qorxaraq telefonla atası Söbxana zəng etmək istədikdə Bənövşə telefonu əlindən almaq istəmiş, lakin telefonu ona verməmiş, dəhlizə çıxaraq atası ilə telefonda danışmaq istəyərkən Bənövşə onun saçından tutub dartmış və əynində olan köynəyin yaxasını dartdığından köynəyin yaxası sökülmüşdür. Səsə məktəbin direktor əvəzi Azər müəllim və Afaq müəllim yanlarına gəlmiş, Azər Bənövşəni danlayaraq onları öz iş otağına dəvət etmiş, Bənövşə Azərin otağındada səs-küy saldığından o otağı tərk etmiş və olanlar barədə atası Söbhana bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs Söbxan qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 139 saylı rəyində Zərərçəkmiş şəxs obyektiv müayinəsinə əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - boyunun ön səthində sağvə sol hissəsinin qançırları, sol saidin orta 1/3 hissəsinin ön səthinin sıyrıqı və sağ saidin yuxarı 1/3 hissəsinin ön səthinin qançırı olduğu müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ biləcəyi qeyd edilmişdir. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs Söbxan qızına qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar