Məhkəmə qərarları › İş №3(071)-19/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-19/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-19/2022 24.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, məhkəmə iclas katib Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, xx.xx.1986-cı ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Hacıqabul rayonu Qarasu kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Şirvan Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi X1 tərəfindən tərtib edilmiş 27.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs 30.11.2021-ci il tarixli 23 nömrəli; 20.12.2021-ci il tarixli 24 nömrəli və 21.12.2021-ci il tarixli 25 nömrəli iclas protokolları üzrə qəbul edilmiş aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmişdir. Bu səbəbdən Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şirvan Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi X1 tərəfindən 27.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 27.01.2022-ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Material 01.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Protokol tərtib etmiş Şirvan Regional Ədliyyə İdarəsinə və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, Şirvan Regional Ədliyyə İdarəsinin nümayəndəsi və barəsində inzibati protokol tərtib edilmiş şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq protokol tərtib etmiş Şirvan Regional Ədliyyə İdarəsinin səlahiyyəli nümayəndəsinin və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şəxsnın həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün Şirvan Regional Ədliyyə İdarəsinə verdiyi 27.01.2022-ci il tarixli izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar