Məhkəmə qərarları › İş №3(071)-19/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-19/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-19/2024 16.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu 2-ci Paşalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu 2-ci Paşalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Hacıqabul Rayon Məhkəməsinin 2(071)-336/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda icra sənədi üzrə borc 3417 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, məhkəmə tərəfindən verilmiş icra sənədinə əsasən borcludan hər ay 193 manat aliment alınaraq tələbkara verilməlidir. Bundan əvvəl borclu alimenti ödəməkdən yayındığına görə İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu 10 gün müddətinə həbs edilmişdir. Bundan sonra borcluya icra sənədinin icra edilməsi ilə bağlı yeni müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzrə borcunu vaxtında ödəməmişdir. Bununla əlaqədar olaraq tələbkar ərizə ilə müraciət edərək, borclu barəsində qanunamüvafiq qaydada tədbir görülməsini istəmişdir. Bu səbəbdən borclu barəsində İXMin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Lakin, sonradan müəyyən etmişdir ki, borclu "xxxx" MMC-də sürücü kimi işləyir və aylıq 650 manat əmək haqqı alır. Odur ki, borclu barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, aliment pulunun borcludan alınıb ona verilməsini istəyir. Borclu hər zaman işləyib sadəcə borcunu ödəməkdən qəsdən yayınır. Odur ki, borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, əvvəllər işləmədiyindən aliment borcunu vaxtında ödəməmiş və 3417 manat aliment borcu yaranmışdır. O, tələbkardan ayrıldıqdan sonra yeni nikaha daxil olmuş və həmin nikahdan da bir uşağı var. xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" MMC-də sürücü kimi işləyir və aylıq 650 manat əmək haqqı alır. O, aliment borcunun əmək haqqına yönəldilməsinə etiraz etmir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-336/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən əvvəli xx.xx.20222-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materialalrında olan Hacıqabul rayon Məhkəməsinin 3(071)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 77/ş nömrəli əmrin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də avtokrana sürücü peşəsinə işə qəbul edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs "xxxx" MMC-də sürücü işləyir və aylıq 650 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-ci maddəsində isə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından görünür ki, borclu xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlamaqla rəsmi qaydada işləyir və aylıq 650 manat əmək haqqı alır. Lakin, icra işinə əlavə edilmiş sənədlərdən, icra məmurunun tələbin icra olunması üçün borclunun əmək haqqına tutmanın yönəldilməsi, bu istiqamətində hər hansı real addımlar atılması, tədbirlər görülməsi görünmür. Bununla bağlı məhkəmə iclasında icra məmuru bildirmişdir ki, borclunun əmək müqaviləsi bağlamaqla işləməsi və 650 manat əmək haqqı alması barədə məlumatı protokol tərtib edildiyi gün bilmişdir. Belə olan vəziyyətdə, borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu kifayət məbləğdə əmək haqqı aldığına görə icra məmuru əvvəlcə tələbi borclunun əmək haqqına yönəltməli, yalnız bu tədbir görüldükdən sonra tələb tam olaraq icra edilməzsə və borclu tələbin qalan hissəsinin icrasından boyun qaçırarsa, onun inzibati məsuliyyətə cəlb edilməsi mümkün ola bilər. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar