Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-19/2025 06.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xİİ Tağım Baş Yol Patrul Xidməti inspektoru Polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Xİİ Tağım Baş Yol Patrul Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Xİİ Tağım Baş Yol Patrul Xidmətindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:24-də “Vaz 2101” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə idarə etdiyi üçün və İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın bir il ərzində təkrar törədilməsi halına yol verdiyinə görə, Xİİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru polis kapitanı X6 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Material məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs içkili halda avtomobil idarə etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Hacıqabul rayonu ərazisində saxlanılmışdır. Protokol Sabirabad rayon ərazisində yerləşən stasionar postda tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 rayon postunda xidmət edir. Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, bundan əvvəl də, xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilmişdir. Onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Hacıqabul Rayon Mərkəzi X5 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 320 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə olmuşdur və onun qanında alkoqolun konsentrasiyası 0,4 promildir. Şirvan şəhər Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, Vəliyev X2 Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində - bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, yəni onun bir il ərzində təkrarən sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, yalnız inzibati həbs növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 7 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-19/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-19/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver