Məhkəmə qərarları › İş №3(071)-190/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-190/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-190/2025 08.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Hacıqabul rayonu, Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş 08 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci ildə axşam saatlarında Hacıqabul şəhərində yerləşən küçədə Zərərçəkmiş şəxs ilə mübahisə edərək küçədə ucadan qışqırıb ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozub xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X8 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Quliyev X2 şəhərində yerləşən küçədə Zərərçəkmiş şəxs ilə mübahisə edərək küçədə ucadan qışqırıb ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozub xırda xuliqanlıq hərəkətləri etmişdir. Göstərilənlərə əsasən, o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, onun Zərərçəkmiş şəxs ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, bir müddət əvvəl maddi ehtiyacı olduğuna görə Zərərçəkmiş şəxs qaytarmaq şərti ilə hissə-hissə olmaqla ümumilikdə 1.300 manat məbləğində borc pul almışdır. Daha sonra isə maddi sıxıntıları çoxaldığı üçün bankdan kredit götürmüş və Zərərçəkmiş şəxs işlədiyi üçün ona kredit götürən zaman zamin durmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmış, o, 18.000 manat kredit götürmüşdür. Lakin sıxıntıları olduğu üçün qaytara bilməmişdir. Ondan bir neçə dəfə pulunu tələb etdikdə o, əsəbi olduğu üçün onu nalayiq ifadələr ilə təhqir etmişdir. 26 iyun 2025-ci ildə gecə saatlarında yaşadığı Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən binanın qarşısında olan zaman Zərərçəkmiş şəxs ilə rastlaşmış, yenidən Zərərçəkmiş şəxs ondan pulunu tələb etdikdə həddindən artıq əsəbi olduğu üçün Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr və söyüşlər ilə söyüb təhqir etmişdir. Bu zaman Zərərçəkmiş şəxs sadəcə olaraq pulunu istədiyini bildirmişdir. O, onu yenidən nalayiq ifadələr ilə təhqir etmişdir. Bu zaman səsküyə bir neçə nəfər şəxs və polis əməkdaşları yaxınlaşmışdır. Daha sonra polis əməkdaşları yaxınlaşıb ona kimliyini soruşduqda o, özünü onlara təqdim etmiş və oradan uzaqlaşıb getmişdir. Etmiş olduğu əməldən peşmandır və Zərərçəkmiş şəxs pulunu tez bir zamanda qaytaracağına söz verir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 25 iyun 2025-ci ildə Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Belə ki, Hacıqabul rayonu, Rəncbər kənd sakini Şəxs tanıyır, bacısı Lamiyənin əridir, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Bir müddət əvvəl Şəxs pula ehtiyacı olduğunu bildirərək ondan borc pul istəmişdir. O, hissə-hissə olmaqla ümumilikdə Şəxs 1.300 manat borc pul vermişdir. Şəxs pulu tam şəkildə qaytaracağına söz vermişdir. Pulu ondan götürmüş və çıxıb getmişdir. Bir müddət sonra isə "xxxx" ASC-dən Şəxs təxminən 18.000 manat pul krediti götürmüş və o da ona zamin durmuşdur. Şəxs bir müddət öz adına götürdüyü kredit məbləğini aylıq ödənişlər formasında problemsiz ödəmişdir. Daha sonra 1 ay ödəmədi və zamin olduğu üçün aylıq kredit ödənişini, yəni 500-700 manat arası məbləği bank onun əmək haqqısından tutmuşdur. Şəxs ödənişini ödəməsini, onun əmək haqqısından tutulan məbləği ona geri qaytarmasını xahiş etmişdir. Daha sonra bacısı və anası ona səbirli olmağı, qısa müddətə Şəxs həmin məbləği ödəyərək arada olan anlaşılmazlığı həll edəcəyini bildirmişdir. Daha sonra bir-iki ay da analoji hadisə olmuş, yəni ki, ödənişləri etmədiyi üçün onun əmək haqqısından yenidən pullar kredit üçün tutulmağa başlamışdır. Daha sonra bu barədə o, köməklik göstərilməsi üçün Hacıqabul rayon polis şöbəsinə müraciət etmiş və sonra Şəxs ilə barışmışdır. Barışdığı üçün Şəxs ödəməli olduğu gecikmiş kredit pullarını və onun yerinə ödədiyi aylıq kredit ödənişlərini ona tamamilə ödəmişdir. Bir müddət sonra Şəxs pulunu istəmiş, lakin Şəxs borc götürdüyü pulunu qaytarmamışdır. Hər dəfə pulunu tələb etdikdə hər dəfə demişdir ki, “bu gün, sabah qaytaracam” lakin qaytarmamışdır. Borc pul verdikdən sonra Şəxs kredit ödənişini ödəmədiyi üçün yenidən onun əmək haqqısından pul tutulmuş və bu zaman Şəxs ilə telefon əlaqəsi saxlamış və əmək haqqısından tutulan məbləği tələb etmiş, eyni zamanda xahiş etmişdir ki, ödənişini vaxtında ödəsin, onun əmək haqqısından pul tutulmasın. Həmçinin ona borclu olduğu 1.300 manat pulu ona geri qaytarmasını xahiş etmişdir. Bunu dedikdə Şəxs ona nalayiq ifadələr ilə söyüb təhqir etmiş, ona qarşı nalayiq ifadələr işlətmişdir. O, sadəcə pulunu istəmiş, ehtiyacı olduğu zaman verdiyini, indi isə onun ehtiyacı olduğu üçün qaytarmasını xahiş etmişdir. Bütün bunlara baxmayaraq ona heç bir söz deməmiş, qanunla işini görəcəyini və ondan pulunu alacağını demişdir. Şəxs ona “yaşadığım evə bir daha gəlmə, səni evə qoymayacağam” deyə bildirmişdir. Qeyd olunan hallara əsasən Şəxs barəsində qanunamüvafiq tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, Hacıqabul rayon polis şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində çalışır. 26 iyun 2025-ci ildə Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Həmin raportla bağlı bildirir ki, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olmaqla Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ev 13-də yaşayan Şəxs əvvəllər tanımamış və onunla, onun ailə üzvləri ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Belə ki, 26 iyun 2025-ci ildə gecə saat 01 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində RPŞnin PPXB-nin polis nəfəri vəzifəsində çalışan Üzeyir Məmmədli ilə birlikdə xidmətdə olduğu zaman həmin küçədə qışqırıq səsləri, söyüşlər eşitmişdir. Dərhal səs gələn tərəfə getdikdə həmin küçədə yerləşən binanın qarşısında bir neçə şəxsin olmasını, Şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs nalayiq ifadələr və söyüşlər ilə təhqir etdiyini görmüş və Şəxs yaxınlaşaraq özünü təqdim etmişdir. Şəxs həmin vaxt ucadan qışqırıb səs-küy salır, nalayiq ifadələr və söyüşlər işlətmişdir. Zərərçəkmiş şəxs isə sakitcə dayanaraq Şəxs onu söyməməsini, sakit olmasını, sadəcə olaraq ona borclu olduğu pulu verməsini tələb etdiyini bildirmişdir. Daha sonra hər iki tərəf sakitləşmiş və oradan uzaqlaşıb getmişdir. O, rayon polis şöbəsinə gələrək rəhbərliyə qanuni tədbir görülməsi üçün raportla müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Hacıqabul rayonu, Rəncbər kənd sakini Şəxs tanıyır, bacısı qızı Lamiyənin əridir, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Bir müddət əvvəl Şəxs pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs borc pul almış və öz adına kredit götürərək Zərərçəkmiş şəxs zamin qoyaraq pul götürmüşdür. Lakin pulu qaytarmadığına və krediti ödəmədiyinə görə aralarında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs bir neçə dəfə pulunu istəsə də, pulunu qaytarmır və Zərərçəkmiş şəxs söyüb təhqir edir. 26 iyun 2025-ci ildə gecə saatlarında Hacıqabul şəhərində yerləşən binanın həyətində Zərərçəkmiş şəxs evinə yola salan zaman Şəxs binanın qarşısında olmuşdur. Şəxs görən Zərərçəkmiş şəxs ondan pulunu istəmiş və krediti vaxtında ödəməsini əks halda onun maaşından çıxıldığını bildirmişdir. Bu zaman Şəxs həddindən artıq əsəbi formada Zərərçəkmiş şəxs nalayiq ifadələr, söyüşlər söymüş və onu təhqir etmişdir. Bu zaman Zərərçəkmiş şəxs qorxusundan ona bir şey edər deyə Şəxs heç bir söz deməmişdir. Sadəcə pulunu istəmişdir. Şəxs Zərərçəkmiş şəxs “rədd ol burdan çıx get, sənin başına oyun açaram, bir də bura gəlmə, sənin ayaqlarını qıraram” deyə bildirmişdir. Zərərçəkmiş şəxs Şəxs ata evi olduğunu, ondan sakit olmasını və istədiyi vaxt rahat şəkildə gəlib-gedəcəyini bildirmişdir. Bu sözlərdən əsəbiləşən Şəxs küçənin ortasında ona yenidən nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Bir qədər sonra yanına polis əməkdaşları yaxınlaşmış və hadisənin nə olduğunu soruşmuşdur. Daha sonra isə Şəxs və Zərərçəkmiş şəxs ilə söhbət etmişlər. Bundan sonra Şəxs oradan uzaqlaşıb getmiş. Bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs evinə çıxıb getmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmuş və həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33 maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək ona, 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar