Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-192/2023 13.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də bağban işləyən, Hacıqabul şəhəri, V.Talıbov küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X4 döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Hacıqabul şəhəri, V. Talıbov küçəsi ev 24-də həyat yoldaşı X6 ilə yaşayır. xx.xx.2023-cü il tarixdə qonşuluqda toy mərasimində iştirak etmiş və orada spirtli içki qəbul edərək evə gəlmişdir. Evdə spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə Lamiyənin ona diqqət yetirməməsini səbəb gətirərək, onunla mübahisə etmiş, mübahisə zamanı Lamiyənin boğazından tutaraq sinəsində itələmişdir. Zərərçəkmiş şəxs Lamiyə Manafova ilə barışmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. Onlar, Hacıqabul şəhəri, V.Talıbov küçəsi ev 24-də yaşayırlar. xx.xx.2023-cü il tarixdə işdən evə gəldikdə Xalidin sərxoş vəziyyətdə olduğunu görmüşdür. Xalid onunla soyuq davranmasını səbəb gətirərək onunla mübahisə etmiş, mübahisə zamanı Kamil onun boğazından tutaraq, başına yumruqla vuraraq xəsarət yetirmişdir. Lakin, aralarında qarşılıqlı olaraq razılığa gəlmiş və barışıq əldə etmişlər. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan MN ******* nömrəli 13 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri, V. Talıbov küçəsi ev 24-də X4 döymüşdür. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 158 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər – boyun nahiyyəsinin ön səthinin sıyrığı. Başın gicgah nahiyyəsinin hematoması. Sağ əlin 2ci barmağının üst səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayindədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan X2 ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs tərəfindən X5 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməsi, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.1.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, 13 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(071)-192/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-192/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver