Məhkəmə qərarları › İş №3(071)-194/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-194/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-194/2023 13.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon prokurorluğunda tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2023-cü il tarixli qərardan və həmin qərara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində və həmin gün saat 16 radələrində Hacıqabul rayon icra və probasiya şöbəsinin binasında səs-küy salmaqla, nizam-intizamı pozmaqla iş fəaliyyətini və ictimai qaydanı kobud formada pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul rayon prokurorunun köməkçisi X4 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da və həmin gün saat 16:00-da Hacıqabul rayon icra və probasiya şöbəsinin binasında icra məmuru Münasib Muradovun iş otağında səs-küy salaraq, keçmiş həyat yoldaşı tərəfindən alimentin ödənilməməsini və buna icra məmurları heç bir tədbir görmədiklərini əsas gətirərək, azyaşlı uşağını icra məmurunun otağında atıb gedəcəyini bildirmiş, daha sonra icra məmurunun otağına daxil olaraq otağda olan bütün sənədləri dağıtmış, icra məmurlarının xidməti iş fəaliyyətini və vaxtını qanunsuz olaraq pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək məhkəmə göndərilmişdir. Onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətmişdir. Belə ki, onun xeyrinə keçmiş həyat yoldaşı Səməd Şahbazovdan məhkəmə qətnaməsi ilə aliment kəsilsə də, 5 ilə yaxındır ki, aliment ala bilmir. Dəfələrlə Hacıqabul rayon icra və probasiya şöbəsinə müraciət etsə də alimentini ala bilməmişdir. Əsəbi olduğu üçün icra məmurları ilə kobud rəftar etmiş, onların iş fəaliyyətini pozmuşdur. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında bildirdi ki, Hacıqabul rayon icra və probasiya şöbəsində böyük icra məmuru işləyir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X3 bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 137 manat alınaraq Şəxs verilməlidir. İcra sənədi icra şöbəsinin icraatına daxil olandan dərhal sonra bütün icra tədbirlərini görmüş, Səməd Şahbazov icra sənədinin icrasını təmin etmədyi üçün onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə vermiş Hacıqabul rayon məhkəməsinin 3(071)-211/2018 nömrəli qərarı ilə S.Şahbazov 500 manat inzibati qaydada cərimə edilmişdir. xx.xx.2021-ci il tarixdə Şəxs Hacıqabul rayon icra və probasiya şöbəsinə ərizə təqdim edərək, S.Şahbazovla barışıb ərarvad kimi bir evdə yaşadığından ondan heç bir aliment tələbinin və şikayətinin olmadığını bildirmiş və icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsi yenidən icra şöbəsinə daxil olmuş, bununla bağlı icraata başlamaq haqqında qəbul edərək, qərar və tələbin könüllü icrası barədə bildirişi Səməd Şahbazova göndərmiş, icra tədbirləri ilə bağlı tərəfindən bütün tədbirlər görülmüşdür. Aparılmış icra tədbirləri nəticəsində 3434 manat pul S.Şahbazovdan alınıb Şəxs hesabına ödənilmiş, S.Şahbazovun tələbkara 5197 manat aliment borcu qalmışdır. 01 may 2023-cü il tarixdə Şəxs Hacıqabul rayon icra və probasiya şöbəsinə gələrək, xidməti otağına daxil olub yüksək səslə alimentinini ala bilmədiyi üçün azyaşlı uşağını icra şöbəsinə atıb gedəcəyini bildirərək, xidmət rəisinin otağında masanın üstündə olan bütün sənədləri dağıtmış, nalayiq ifadələr işlədərək icra məmurlarının iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında şahid X7 digər şahid X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş materialı və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, baş vermə səbəbini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar