Məhkəmə qərarları › İş №3(071)-195/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-195/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-195/2025 01.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi X3 iştirakları ilə, “Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası” X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X2 əməkdaşları tərəfindən “Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası” X16 binasında formalaşan maye tullantıların plastik boru vasitəsilə ətraf mühitə xx.xx.2025-ci il tarixində axıdılması aşkar olunmuşdur. Nəticədə, “Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası” X16 Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi X12 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası” X16 binasında formalaşan maye tullantıların plastik boru vasitəsilə ətraf mühitə xx.xx.2025-ci il tarixində axıdılması aşkar olunmuş, məsələ ilə bağlı akt tərtib olunmuş, inzibati xətanın törədildiyi yerin fotoşəkilləri materiala əlavə edilmişdir. Odur ki, inzibati xəta törətmiş “Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası” X16 direktoru X13 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi X8 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, protokolla razıdır. İnzibati xətaya yol verilmişdir. İnzibati tənbeh tədbirinin tətbiq edilməsinə etirazı yoxdur. Belə ki, iş materiallarında şəxsin etiraf edici izahatı mövcuddur. Həmçinin iş materiallarında olan fotoşəkillər, akt və inzibati xəta haqqında protokolla inzibati xətanın törədilməsi öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 000802 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində “Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası” X16 binasında formalaşan maye tullantıların plastik boru vasitəsilə təyinatsız olaraq ətraf əraziyə axıdılması faktı aşkar edilmişdir. X9 tərəfindən də imzalanmışdır. İş materiallarında olan əmək müqaviləsindən müəyyən edilir ki, X13 “Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası” X16 direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda “77. Məcəllənin 229, 251.3, 262, 263, 264.0.2, 264.0.3 və 264.0.5 ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Agentlik yanında Suların İstifadəsinə və X5 Xidmətinin yerli bölmələrinin rəhbəri, onun müavini, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.” məzmununda dəyişiklik edilmişdir. X11 Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və fotoşəkillər ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası” X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar