Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-197/2023 16.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-cu il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhəri, Nizami küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o , Şirvan şəhəri, Nizami küçəsi ev 15-də yaşayır. 2019-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur və nikahlarından 2 övladları dünyaya gəlmişdir. 2023-cü ilin aprel ayında həyat yoldaşı Aynurə ilə münasibətləri pozulmuşdur və həmin vaxtlarda Aynurə 2 övladını da götürərək Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan atasının evinə getmişdir. Azyaşlı oğlunun ad günü olduğu üçün onu gətirmək məqsədi ilə 24 may 2023-cü il saat 14 radalərində Hacıqabul rayonu, Atbulaq kəndinə Aynurənin yaşadıqı ünvana getmişdir, Aynurədən uşaqları istədikdə uşaqları vermədiyi üçün Aynurə ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı onun qolunu sıxaraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs üzrxahlıq edərək onunla barışmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Rəhman onun həyat yoldaşıdır və hal hazırda Rəhman ilə ailə münasibətləri pozulduğundan Hacıqabul rayonu, Atbulaq kəndində ata evində yaşayır. 24 may 2023-cü il saat 14 radələrində Rəhman anası Nəzakətlə birlikdə yaşadığı evə gələrək az yaşlı övladların evlərinə aparmaq istədiklərini bildirmiş, uşaqları vermədiyi üçün aralarında mmübahisə olmuşdur. Mübahisə zamanı Rəhman onun saçını yolaraq sağ qolunu sıxaraq xəsarət yetirmişdir. Lakin, aralarında qarşılıqlı olaraq razılığa gəlmiş və barışıq əldə etmişlər. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan MN ******* nömrəli 16 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 152 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarət – sağ bazunun orta 1/3 hissəsinin yan səthinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayindədən 9-10 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməsi, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.1.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, 16 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(071)-197/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-197/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver