Məhkəmə qərarları › İş №3(071)-198/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-198/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-198/2025 06.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 04 iyul 2025-ci il tarixli 00100-01906/25, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvanına Rusiyadan 77JF834/01ZB834 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********0398 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs ünvanına Rusiyadan idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük gaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs ünvanına Rusiyadan idxal edilmiş malların daşındığı 77JF834/01ZB834 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025-ci tarixdə, saat 18:13də daxil olduğu halda ölkə ərazisinə gətirilən mallara dair **********7199 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə saat 17:24-də gömrük orqanına təqdim edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Gömrük İdarəsi hadisə ilə bağlı hər hansı araşdırma aparmamış və yalnız Şəxs MMC-nin nümayəndəsinin izahatının almaqla kifayətlənmişdir. Gömrük İdarəsi qısa gömrük bəyannaməsinin vaxtında təqdim edilməməsində Şəxs MMC-nin təqsirinin olub-olmamasını araşdırmamışdır. “Sibur Holdinq” Publik Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş İnvoysdan göründüyü kimi Malların çatdırılması CPT Atbulak, Azərbaycan (İNKOTERMS 2020) şərtləri çərçivəsində həyata keçirilir. CPT şərtlərinə görə Satıcı malların müəyyən edilmiş təyinat yerinə daşınmasını təşkil edir və və daşınma xərclərini ödəyir. Belə ki, “Sibur Holdinq” Publik Səhmdar Cəmiyyəti malların təyinat yerinə kimi daşınmasını öz qüvvəsi ilə və öz hesabına həyata keçirir. Malların daşınmasında Şəxs MMC-nin iştirakı olmadığından, Şəxs MMC malların daşınması haqqında məlumatı yalnız “Sibur Holdinq” Publik Səhmdar Cəmiyyəti ona təqdim etdikdə əldə edə bilərdi. Bu kimi məlumat və müvafiq sənədlər “Sibur Holdinq” Publik Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmədikdə Şəxs MMC qısa idxal bəyannaməsini tərtib edə bilmir, çünki, qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün Şəxs MMC-nin əlində CMR, İnvoice və digər sənədlərin surətləri olmalıdır. Şəxs MMC-nin əməkdaşları tərəfindən dəfələrlə “Sibur Holdinq” Publik Səhmdar Cəmiyyətinin əməkdaşlarına müraciət edilərək tələb olunan sənədlərin vaxtında təqdim edilməsi xahiş edilmişdir. “Sibur Holdinq” Publik Səhmdar Cəmiyyətinin əməkdaşları bu sənəd və məlumatlar vaxtında təqdim etmək kimi söz vermələrinə baxmayaraq bu sənədlər vaxtında təqdim edilməmişdir. “Sibur Holdinq” Publik Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən bizə nəqliyyat vasitəsi ilə daşınan mallar haqqında məlumatları və sənədləri, həmin nəqliyyat vasitəsi artıq gömrük keçid postunu keçdikdən sonra təqdim edilib. Qeyd olunanlaradan göründüyü kimi, Şəxs MMC-nin sözügedən inzibati xətanın baş verməsinin qarşısının alınması üçün belə imkanı olmamışdır. Buna səbəb “Sibur Holdinq” Publik Səhmdar Cəmiyyətinin əməkdaşlarının məlumat və sənədlərinin vaxtında təqdim edilməməsi olmuşdur. Beləliklə, Şəxs MMC-nin ünvanına Rusiyadan nəqliyyat vasitəsilə idxal edilmiş mallara dair qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsində təqsiri olmadığını qeyd etmək istəyirik və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirik. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlmək olar ki, göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, xx.xx.2025-ci il tarixli raport və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs MMC-nin ünvanına Rusiyadan idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan çıxarışdan və xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, ünvanına Rusiyadan idxal edilmiş malların daşındığı 77JF834/01ZB834 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025-ci tarixdə, saat 18:13-də daxil olduğu halda ölkə ərazisinə gətirilən mallara dair **********7199 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə saat 17:24-də gömrük orqanına təqdim edilmişdir. İş materiallarında olan protokoldan müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X4 iştirakı təmin edilmiş və izahatında bildirmişdir ki, ixracatçı şirkət tərəfindən yükə dair sənədlər vaxtında göndərilsə də, sürücü məlumat vermədən sərhəddi keçmiş və bu səbəbdən qısa idxal bəyannaməsi gömrük orqanına gec təqdim edilmişdir. İş materiallarında olan “inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə” xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X7 iş materialları ilə tam şəkildə tanış olmuş, vəsatəti, şikayət və etirazı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.2 maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, qərarla təyin ediləcək inzibati cərimə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən X2 (kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati cərimə X2 (kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar