Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-20/2022 02.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs X3, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X10 oğlunun iştirakı ilə, xx.xx.1963-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 1 mənzil 2-də yaşayan - X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şəhəri H.Əliyev küçəsində satışı qadağan olunmuş pirotexniki partladıcı məmulatlarının satışı ilə məşğul olmuşdur. Hacıqabul RPŞ-nin polis sahə rəisi polis mayoru X6 27.12.2021-ci il tarixdə saat 12:30-da xidmətdə olarkən həmin maddələri aşkar edərək X2 götürmüşdür. Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis kapitanı X8 31.12.2021-ci il tarixdə toplanmış HK- 1/1273 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə tədbir görülməsi qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 barəsində Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Ruslan Cəfərov tərəfindən 22.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və qanuni tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi R.Cəfərov məhkəmə iclasında protokolu müdafiə etdi və X3 barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və bildirdi ki, o, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 1 mənzil 2-də qeydiyyatda olmaqla yaşayır. Yeni il bayramı ilə əlaqədar olaraq əvvəlki illərdə Bakı şəhərində yerləşən Sədərək Ticarət mərkəzindən partladıcı maddələr alıb gətirmışdır. 27.12.2021ci il tarixdə saat 12:30 radələrində həmin maddələri polis əməkdaşları ondan aşkar edərək götürmüşlər. Onun partladıcı maddələri satmaq niyyəti olmamışdır. O, törətdiyi əməldən peşmandır. Həyat yoldaşı vəfat etmişdir. Bunları nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş 27.12.2021-ci il tarixli aktlardan görünür ki, partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatların (yəni 2 blok hər birinin içərisində Crakcer 10 ədəd partladan, 1 qutu crakcer partladan, pili - crakcer yazılmış 26 ədəd partladan, üzərində plastik torpil yazılmış karnaval partladıcı 7 ədəd uzunsov, 20 ədəd top formalı, 11 ədəd üçbucaq kağız formalı 11 ədəd müxtəlif ölçülü fişənglər) X2 götürülmüş və 27.12.2021-ci il tarixdə məhv edilmişdir. Məhkəmə hesab edir ki, X2 götürülmüş partlayıcı maddələrin məhv olunması nəzərə alınmalı və X5 inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 350 (üç yüz əlli) manat inzibati cərimə edilsin. X2 götürülmüş - partlayıcı maddələr və qurğuların, tez alışan maddələr və pirotexniki məmulatların (yəni 2 blok hər birinin içərisində Crakcer 10 ədəd partladan, 1 qutu crakcer partladan, pili- crakcer yazılmış 26 ədəd partladan, üzərində plastik torpil yazılmış karnaval partladıcı 7 ədəd uzunsov, 20 ədəd top formalı, 11 ədəd üçbucaq kağız formalı 11 ədəd müxtəlif ölçülü fişənglər) Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş 27.12.2021-ci il tarixli akta əsasən məhv olunması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-20/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-20/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver