Məhkəmə qərarları › İş №3(071)-20/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-20/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-20/2023 31.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımının yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Opel Astra markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Hacıqabul rayonu Atbulaq kəndi ərazisində YPX əməkdaşları tərəfindən saxlanılan zaman nəfəsindən spirtli içki qoxusu gəldiyindən həkim müayinəsinə təqdim olunmuş, onun avtomobili sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Buna görə Şəxs Firudin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Hacıqabul rayonu Atbulaq kəndi ərazisində özünə məxsus olan Opel Astra markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış və sənədləri yoxlama zamanı ondan spirtli içki qəbul edibetməməsini soruşmuşlar. O, bir gün əvvəl 3 nəfərə 1litr pivə içdiklərini polis əməkdaşlarına bildirmişdir. O, avtomobili idarə edərkən sərxoş olmamışdır. Polis əməkdaşları alkotester vasitəsi ilə onun nəfəsini yoxlamışlar və ona yüngül sərxoş olduğunu bildirmişlər. Daha sonra onu həkim müayinəsindən keçirərək barəsində protokol tərtib etmişlər. Hesab edir ki, protokol düzgün tərtib edilməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə, inzibati xəta haqqında materiala səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 642653 nömrəli qəbzdən görünür ki, Şəxs 07 yanvar 2023-cü il tarixdə saat 08:54-də Alkovizor-AZ817 nömrəli xüsusi texniki vasitə ilə müayinədən keçirilmişdir, onun qanında alkoqolun konsentrasiyası (alkoqolun miqdarı) 004.2 mg/100ml olması göstərilmişdir. “X1” PHŞ TTTYŞ tərəfindən 07 yanvar 2023-cü il tarixdə saat 08:54-də verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolunda göstərilir ki, 1991-ci il təvəllüdlü Şəxs həkim S.Mehtiyeva tərəfindən müayinə olunmuşdur. Onun ağzından spirt iyi gəldiyi qeyd edilmişdir. Yüngül sərxoşluq vəziyyəti vardır, qanda alkoqolun konsentrasiyası 0,04 promildir. Şəxs həkim müayinəsinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımının inspektoru polis setjantı X3 aparmışdır. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, şəxsin alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmaması, qanında alkoqolun konsentrasiyasının promillə ölçülən miqdarından asılıdır və qanda alkoqolun konsentrasiyası 0,3 promil və daha artıq olduqda o, sərxoş hesab edilir və bu vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilə bilər. (İXM 333 və 334-cü maddələri ilə) Şəxs saxlanılarkən xüsusi texniki vasitənin köməyi ilə onun sərxoş olub-olmaması müəyyən edilmiş, lakin alkotesterdə onun qanında alkoqolun miqdarı promillə deyil, 004.2 mg/100 ml kimi göstərilmişdir. Həkim tərəfindən aparılan tibbi müayinə zamanı isə onun yüngül dərəcəli sərxoşluq vəziyyətində olması və qanında alkoqolun konsentrasiyasının 0,04 promil olması qeyd edilmişdir. Göründüyü kimi, tibbi müayinə zamanı Şəxs qanında aşkar olunan alkoqolun miqdarı (0,04 promil) onun inzibati məsuliyyətə cəlb edilməsi üçün tələb olunan miqdardan (0,3 promil) dəfələrlə az olmuşdur. Belə olan vəziyyətdə qanunvericiliyin tələbləri baxımından Şəxs sərxoş vəziyyətdə olan şəxs hesab edilmir və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İXP ******* nömrəli, 07 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar