Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-200/2023 22.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Hacıqabul rayonu Kolanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 22 iyun 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən tərtib olunmuş 22 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Kolanı kəndində yaşadıqları evdə aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı X3 yumruqla baş nahiyyəsinə vuraraq, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Beləliklə də, Vəliyev X5 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin, materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən tərtib olunmuş 21 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində yaşadıqları Hacıqabul rayonu Kolanı kəndində yerləşən evlərinin qarşısında uca səslə qışqıraraq, ünvansız nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 22 iyun 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Kolanı kəndində yaşadıqları evdə həyat yoldaşı X4 yumruqla baş nahiyyəsinə vuraraq, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində yaşadıqları Hacıqabul rayonu Kolanı kəndində yerləşən evlərinin qarşısında uca səslə qışqıraraq, ünvansız nalayiq ifadələr işlətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokollarda qeyd edilən əməlləri törətmişdir. Belə ki, son zamanlar əsəblərini sakitləşdirmək üçün içki aludəçisi olaraq spirtli içki qəbul edir. Hər dəfə də buna görə həyat yoldaşı X7 ilə aralarında münaqişə yaranır. xx.xx.2023-cü il tarixdə də evə içkili gəldiyindən həyat yoldaşı Günay ona “alkaşsan” dediyinə görə onunla mübahisə etmiş, aralarında yaranmış münaqişə zamanı Günayın alnından yumruqla vurmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində yaşadıqları Hacıqabul rayonu Kolanı kəndində yerləşən evlərinin qarşısında sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söymüşdür. Törətdiyi əməllərə görə çox peşmandır. Onun barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. İmran 10 ilə yaxındır ki, spirtli içkilər qəbul edir. Hər dəfə də evə sərxoş vəziyyətdə gəlir. Buna görədə hər dəfə aralarında münaqişə yaranır. xx.xx.2023-cü il tarixdə də İmran evə içkili gəldiyindən onunla mübahisə etmiş, aralarında yaranmış münaqişə zamanı İmran onun alnından yumruqla vuraraq xəsarət yetirmişdir. Onu törətdiyi əmələ görə bağışlamır. Ona görə də barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin sahə polis nəfəri, polis serjantı Qədirli Balaxan izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Hacıqabul rayon Konaı kəndində ərazidə xidmət apararkən bir nəfər şəxsin yaşadığı evinin həyətində Şəxs ucadan ünvansız söyüşlər söydüyünü, ictimai qaydanı pozduğunu görmüşdür. Ailəsi ilə profilaktiki söhbət aparan zaman İmranın hər gün spirtki içki içib belə hərəkətlər etməsini ona bildirmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 166 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarət – alın nahiyyəinin hematoması. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 3-4 günə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X3 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Vəliyev X5 xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 22:00da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2023-ci il tarixdən saat 22:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 15 gün müddətinə inzibati həbs tənbehi, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 5 gün müddətinə inzibati həbs tənbehi təyin edilsin. Təyin edilmiş inzibati tənbehlər toplanılmaqla, Şəxs qəti olaraq 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 21 iyun 2023-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(071)-200/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-200/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver