Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-201/2022 23.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın Vİİ tağımın inspektoru polis baş serjantı X2 iştirakı ilə, xx.xx.1980-cı ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, "xxxx" MMC-də mexanik işləyən, Ağdaş rayonu Güvənkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər bağları fərdi evdə yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın Vİİ tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 04.04.2022-ci il tarixdə saat 06:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən 131-ci km-də Şəxs oğlu idarə ediyi “Mitsubishi L200“ markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən avtomobilinin sağ qabaq hissəsi ilə qarşıda eyni istiqamətdə eyni zolaqda hərəkətdə olan Hacıqabul rayon Muğan qəsəbəsində yaşayan xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Dacıa loğan” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə çırpılmış, bu toqquşmadan sonra sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Dacıa loğan” markalı avtomobil sağa istiqamətlənərək yolun sağ kənarında hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sol arxa yan hissəsinə avtomobilin sağ qabaq yan hissəsi ilə dəyib sol tərəfi üzərində aşmışdır. Nəticədə sürücü Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Avtomaşınlara maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi poli mayoru Elnur Cəfərov 28.04.2022-ci il tarixdə toplanmış HK-1/355 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində BDYPİ-nin YPXA-nın Vİİ tağımı inspektoru polis baş serjantı X3 tərəfindən 04.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs oğlu məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, “ABCED” dərəcəli sürücüdür. Şirvan şəhərində yerləşən "xxxx" MMC-də mexanik vəzifəsində işləyir. "xxxx" MMC-yə məxsus “Mitsubishi L200“ markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. 04.04.2022-ci il tarixdə idarə etdiyi avtomobillə Ağdaş rayonundan Bakı istiqamətinə hərəkətdə olan zaman saat 06:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən 131-ci km-də qarşıda onunla eyni istiqamətdə eyni zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Dacıa loğan” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşmuş, “Dacıa loğan” markalı avtomaşın toqquşmadan sonra yolun sağ kənarında hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsinə avtomobilin sağ qabaq yan hissəsi ilə dəyib sol tərəfi üzərində aşmışdır. Nəticədə sürücü Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Avtomaşınlara maddi ziyan dəymişdir. Əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahatında bildirdi ki, 04.04.2022-ci il tarixdə Şəxs idarə etdiyi “Mitsubishi L200“ markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonundan Bakı istiqamətinə hərəkətdə olan zaman Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən 131-ci km-də onun idarə etdiyi “Dacıa loğan” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşmuş, toqquşmadan sonra onun avtomaşını yolun sağ kənarında hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” Mikroavtobus markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsinə avtomobilin sağ qabaq yan hissəsi ilə dəyib sol tərəfi üzərində aşmışdır. Nəticədə özü xəsarət almışdır. Avtomaşına 8400 manat dəyərində maddi ziyan dəymişdir. Bu məbləğin 4.500 manatını sığorta şirkəti ona ödəyəcəkdir. Qalan 3.900 manatın ödənilməsini isə "xxxx" MMC-dən tələb edəcəkdir. Protokol tərtib etmiş BDYPİ-nin YPXA-nın Vİİ tağımı inspektoru polis baş serjantı X3 məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi 04.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 08.04.2022-ci il tarixli 74 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsi. Sol alın-təpə nahiyyəsinin dərialtı hematoması. Başın və sağ dizin səthi sıyrılmış yaraları. Sağ diz oynağının hematoması. Bel-oma nahiyyəsində əzələ bağı aparatının gərilməsi. Yuxarıda qeyd olunan xəsarətl (xəsarətlər) küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti 04.04.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2022-ci il tarixli 8/912 nömrəli ekspertiza rəyinə əsasən-istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi L200“ markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Dacia Logan markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz markalı ** XZ *** dövlət qeydiyyat nişanlı mikrovtobusun sürücüsü Səmədov Seyfəli oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi texniki bilik tələb etmir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 04.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, protokol tərtib etmiş şəxsin izahatı və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-201/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-201/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver