Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-202/2023 24.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Azəriqaz” İB-də ərazi gözətçisi vəzifəsində işləyən, Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 66/3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib olunmuş 24 iyun 2023-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi polis mayoru Röyal Məmmədovun icraatında olan X2, X3 və X4 şikayəti əsasında izahatı alınması üçün polis şöbəsinə dəvət olunduqdan sonra RPŞ-nin inzibati binasında uca səslə səs-küy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətarı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, Şəxs anası X5 döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə ilə bağlı izahatının alınması üçün Hacıqabul rayon Polis Şöbəsinə çağırılmışdır. Polis Şöbəsində olarkən Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin rəisi polis mayoru Nurlan Allahverdiyevin xidməti otağında nalayiq ifadələr işlətmiş, səs-küy salaraq iş rejiminin pozulmasına səbəb olmuşdur. Bu zaman polis əməkdaşları onu sakitləşdirərək nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhələ qoymaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi polis mayoru Röyal Məmmədov tərəfindən barəsində olan şikayət ərizəsi üzrə izahatı alınması üçün polis şöbəsinə çağırılmışdır. Polis şöbəsində olarkən istintaqın rəisi Nurlan Allahverdiyevlə ona qarşı etik davranış qaydalarını pozduğu və onunla normal davranmadığı üçün mübahisə edərək, ünvansız söyüşlər söymüş, bu zaman polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, o, əsəbi olduğundan hərəkətlərini davam etdirmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin İB-nin rəisi, polis mayoru Nurlan Allahverdiyev izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayon sakini Şəxs X2, X3 və X4 şikayəti əsasında araşdırılma materialı üzrə izahatı alınması üçün Hacıqabul RPŞ-nə gələrkən, polis şöbəsinin inzibati binasında onun xidməti otağında “məndən şikayət edə bilməzlər” deyərək söyüşlər söyməyə başlamış, polis əməkdaşları ilə birlikdə onu intizama dəvət etsələr də, Şəxs heç kimə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəbnəm Nəzərli izahatında göstərdi ki, Emil onun qardaşıdır. Onunla aralarında faizlə pul almaq üstündə mübahisləri olmuşdur. Emil onların evlərinin şüşələrini sındırmış, anaları Sevdanı döymüşdür. Baş vermiş hadisələrlə bağlı polis şöbəsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə izahatları alınması üçün müstəntiq Röyal Məmmədov tərəfindən polis şöbəsinə dəvət olunmuşlar. Polis şöbəsində olarkən Emil istintaq bölməsinin rəisi Nurlan Allahverdiyevlə mübahisə edərək, onun və anasının ünvanına söyüşlər söyməyə başlamış, həmin vaxt orada olan polis əməkdşaları Emili nə qədər intizamlı olmağa dəvət etsələr də, Emil onların qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Emil onun oğludur. Son zamanlar Emillə qızı Şəbnəmin aralarında faizlə pul almaq üstündə mübahisələri olmuşdur. Şəbnəm pulu gecikdirdiyi üçün Emil onların yaşadıqları evin şüşələrini sındırmış və onu döymüşdür. Baş vermiş hadisələrlə bağlı DİN-nin 102 xidmətinə şikayət etmiş və xx.xx.2023-cü il tarixdə izahatları alınması üçün müstəntiq Röyal Məmmədov tərəfindən polis şöbəsinə dəvət olunmuşlar. Polis şöbəsində olarkən Emil istintaq bölməsinin rəisi Nurlan Allahverdiyevlə mübahisə edərək, onun və qızı Şəbnəmin ünvanına söyüşlər söyməyə başlamış, həmin vaxt orada olan polis əməkdşaları Emili nə qədər intizamlı olmağa dəvət etsələr də, Emil onların qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs polis şöbəsinin inzibati binasında olarkən eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(071)-202/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-202/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver