Məhkəmə qərarları › İş №3(071)-202/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-202/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-202/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “2 nömrəli X3” MMC-də ixtisassız fəhlə işləyən, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 33, mənzil 27-də qeydiyyatda olmaqla, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 16 iyul 2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 05 iyun 2025-ci il tarixdə Hacıqabul rayon PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 2 saylı Yol İdarəsində fəhlə işləyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi ev 33, mənzil 27-də daimi qeydiyyatda olmaqla Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yaşayan Qaçayev X6 rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, yəni əldə edilməsində, üzərində daşıyaraq saxlamaqda şübhəli bilindiyindən Bakı-Ələt-Qazax yolunun Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Dadlı" restoranının yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda 4,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbini pozmuşdur. Məhkəmə Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi ev 33 mənzil 27-də daimi qeydiyyatda olmaqla Hacıqabul rayonu Pirsaat qəsəbəsində yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunmuşdur. 2016-cı ildən narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Sonuncu dəfə 2025-ci ilin aprel ayında narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə etmişdir. 2 saylı Yol İstismar İdarəsində fəhlə işlədiyi üçün 05 iyun 2025-ci il tarixdə saat 10:30 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər istiqamətində yolun sağ kənarında yerləşən zibil tullantılarını yığarkən Hacıqabul rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışdır. Bundan sonra, o, izahatında narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTBnə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təhqiqat araşdırması zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3424 nömrəli rəyindən görünür ki, Şəxs asılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Hacıqabul rayon MX-da (F12x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X5 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2025-ci il tarixli 18/428 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusnda təmiz çəkisi - 4,90 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 4,88 qram qurudulmuş marixuana qalıq qalmışdır. Rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manatdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, şəxsin cinayət törətməsi ilə əlaqədar barəsindən azadlıqdan məhrumetmə növündə cəzadan azad edildikdən qısa müddət sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətaya yol verməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi zərurətinin olması və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmaqla, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Şəxs narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. Bundan başqa, maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 4,88 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 16 iyul 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,88 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə və Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar