Məhkəmə qərarları › İş №3(071)-203/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-203/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-203/2023 18.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Qaradağ qəsəbəsi, massiv 1 ev 103-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus olan “JAC” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən “Stop” yol nişanına məhəl qoymayaraq yolayrıcı keçmə qaydasını pozmaqla hərəkətini davam etdirərək M.Nadim küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz ” minik markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Mercedes Benz” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ alın-gicgah nahiyyəsinin cırılmış yarası, sağ saidin ön səthinin orta və aşağı 1/3 hissəsinin sıyrıqları, baş beyin silkələnməsi ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat 14:30 radələrində həyat yoldaşı X2 ilə birlikdə özünə məxsus idarə etdiyi “JAC” markalı **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhər Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən M.Nadim küçəsinin dörd yol ayrıcına daxil olduqda yolda olan «Stop» yol nişanına fikir verməmiş və nəticədə M.Nadim küçəsi ilə hərəkətdə olan “Mercedes Benz” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etdiyi avtomobilin qabaq sol hissəsi toqquşmuşdur. Baş vermiş hadisə vaxtı nə özü nə də ki həyat yoldaşı xəsarət almamışdır. Törətdiyi əməlindən peşmandır. Ailə vəziyyəti ilə əlaqədar onun avtomobil idarə etməyə ehtiyacı vardır. Odur ki, bunları nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində özünə məxsus “Mercedes Benz” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhər M.Nadim küçəsi ilə baş yolla hərəkətdə olarkən Z.Tağıyev küçəsi ilə kəsişən yol ayrıcına yaxınlaşdıqda Z.Tağıyev küçəsin ilə hərəkətdə olan “JAC” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcına çıxmış və idarə etdiyi avtomobilin qabaq sağ hissəi ilə toqquşmuş, avtomobil toqquşduqdan sonra bir qədər gedib qarşıda dayanmışdır. Hadisə zamanı özü xəsarət almışdır. Avtomobilinə 7000 manat ziyan dəymişdir. Dəymiş ziyanı tələb edir. Hadisə nəticəsində aldığı xəsarətlərə görə uzun müddət müalicə alıb. Ona görə Şəxs barəsində qanuni qərar qəbul edilməsini və onun sürücülük hüququndan məhrum edilməsini xahiş edir. İş materiallarında olan Hacıqabul rayon X5 Bölməsinin təhqiqatçısı, polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023–cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ alın-gicgah nahiyyəsinin cırılmış yarası. Sağ saidin ön səthinin orta və aşağı 1/3 hissələrinin sıyrıqları. Baş beyin silkələnməsi. Yuxarıda qeyd olunan küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti müayinədən 1- 2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 128 nömrəli rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 127 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. Hacıqabul Rayon Mərkəzi X3 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 181 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, 1986-cı il təvəllüdlü Şəxs oğlu spirtli içki qəbul etməmişdir. Hacıqabul Rayon Mərkəzi X3 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 180 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, 1998-ci il təvəllüdlü X4 oğlu spirtli içki qəbul etməmişdir. Material üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023cü il tarixli 8/1477 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “JAC” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununu 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes Benz E240” markalı **-LR- *** dövlət qeydiyyat nişanlı avtobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olun həkəətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar