Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-203/2025 20.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X13 İdarəsinin polis kapitanı X6 tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X13 İdarəsinin polis kapitanı X6 tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan “Ford Fusion” markalı **- RQ-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhərində xx.xx.2025-ci ildə saat 12:52 radələrində Bakı şəhəri, Məmmədcəfər Cəfərov (20 yanvar dairəsi) istiqamətində hərəkətdə olarkən Bakı şəhəri DYPİ Yol patrul xidməti polis baş serjantı X8 tərəfindən 1.8 yol nişanı (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Belə ki, Bakı şəhəri DYPİ Yol patrul xidməti polis baş serjantı X8 ona saxla əmiri verib idarə etdiyi nəqliyyat vasitəsini saxlatdıraraq bildirmişdir ki, o, 1.8 svetoforla nizamlama yol nişanının tələbini pozub qırmızı işıqda keçmişdir. O, YPX inspektoru polis baş serjantı X5 qırmızı işıqda keçmədiyini və svetoforun qırmızı işıqında keçmişdirsə, həmin video görüntüləri ona təqdim etməsini tələb etmişdir. O, isə heç bir video görüntü təqdim etməyərək şəxs barəsində protokol tərtib etmişdir. O, protokolu imzalamaqdan imtina etmişdir. YPX inspektoru polis baş serjantı X8 protokoldan məhkəməyə şikayət etmək hüququnun olduğunu bildirmişdir. Barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib olunsa da, həmin protokol üzrə xx.xx.2025-ci il tarixdə TP ******* saylı qərar çıxarılmış və həmin qərarla o, 100 manat 3 bal inzibati qaydada cərimə olunmuşdur. Belə ki, protokolla razılaşmadığı üçün həmin protokol müvafiq qanunverciliyə uyğun olaraq yaşadığı yer üzrə Hacıqabul RPŞ-nin DYP bölməsinə və ya Hacıqabul Rayon Məhkəməsinə göndərilməli idi. Lakin Bakı şəhəri DYPİ polis kapitanı X6 onun hüquqlarını pozaraq iştirakı olmadan qərar qəbul etmişdir. Halbuki, qərar qəbul olunan zaman onu da dəvət edib iştirakı ilə qərar qəbul edilməli idi. Digər tərəfdən, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu tərtib etmiş Bakı şəhəri DYPİ Yol patrul xidməti polis baş serjantı X3 xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kimi hallar araşdırılmalıdır. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə xx.xx.2025-ci il tarixdə TP ******* saylı qərar qanunsuz olaraq çıxarıldığını qeyd etmişdir. Barəsində tərtib olunmuş protokol ilə razılaşmadığı üçün xx.xx.2025-ci il tarixində qərarsız tərtib olunmuşdur. Qərarsız protokoldan şikayət etmək olmur. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar ona xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Həmin qərardan xx.xx.2025-ci il tarixində Yasamal rayon məhkəməsinə şikayət etmişdir. Yasamal Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 3(004)-3264/2025 saylı qərardad qəbul edərək baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025ci il tarixli TP ******* saylı qərar ləğv olunmasına dair işi icrata götürmüşdür. xx.xx.2025-ci ildə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə vəsatət verərək həmin işə yaşayış yeri üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 3(006)-3410/2025 saylı qərardad qəbul edərək şikayəti geri qaytarmışdır. Bundan sonra, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması üçün Hacıqabul rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ifadəsində bildirmişdir ki, şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, barəsində qəbul edilən inzibati qərardan narazıdır və qəbul edilmiş qərar qanuni və əsaslı olmadığına görə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən səlahiyyətli orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə olan hissədə əlavə araşdırma aparılması üçün səlahiyyətli orqana, yəni BDYPİ-yə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.2-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. İş materiallarında olan şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X13 İdarəsinin polis kapitanı X6 tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 idarə etdiyi “Ford Fusion” markalı **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixində, saat 13:52-də, Bakı şəhəri, Məmmədcəfər Cəfərov küçəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi iş materialları ilə öz əksini tapmamışdır. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar, inzibati iş üzrə şikayətçi X4 tərəfindən xx.xx.2025-ci il tarixində, saat 13:52-də, Bakı şəhəri, Məmmədcəfər Cəfərov küçəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini özündə əks etdirən videogörüntünün və fotoşəkillərin qısa zamanda Hacıqabul rayon Məhkəməsinə təqdim edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş X13i İdarəsinə xx.xx.2025-ci il tarixində sorğu göndərilmiş, lakin həmin sorğuya cavab verilməmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi qanunla müəyyən edilmiş sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXMnin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, İXM-nin 327.2-ci maddəsi ilə başlanmış icraat üzrə Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə tam, hərtərəfli və obyektiv əlavə araşdırmanın aparılması təmin edilməklə yenidən baxılması üçün toplanmış material DİN Baş X13i İdarəsinə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 100 (yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 122, 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti qismən təmin olunsun. X2 barəsində qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində 22 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən baxılması üçün toplanmış material Azərbaycan Respublikası DİN-nin Baş X13i İdarəsinə göndərilsin. Qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 100 (yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Hacıqabul Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-203/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-203/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver