Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-204/2023 01.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X23 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Azərbaycan Respublikası Qida X4-X16 nümayəndələri X2, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X15 iştirakları ilə, "xxxx" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası X8 X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Hacıqabul rayon Məhkəməsinə Azərbaycan Respublikası X8 X3 "Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Ağacanlı kəndində fəaliyyət göstərən "Hacıqabul Quşçuluq Şirkəti” MMC tərəfindən Azərbaycan Respublikasının X12 X5 xx.xx.2023-cü il tarixli İD ********* nömrəli qərarını yerinə yetirməmişdir. Bununla da hüquqi şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X6 izahatında bildirdi ki, X12 X5 əməkdaşları tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına nəzarət həyata keçirilir. Rusiya Federasiyasından idxal edilmiş Rusiya mənşəli xx.xx.2023-cü il tarixdə istehsal edilmiş, son istifadə tarixi xx.xx.2023cü il olan 532000 kq xalis çəkidə olan qarğıdalı qırıntısı məhsulu təqdim edilmiş nümunələr üzrə yoxlanılan zaman məhsulda kif göbələklərinin miqdarının normadan yüksək olması aşkar edilmişdir. Məhsul Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 19 saylı qərarının tələblərinə cavab verməmişdir. Buna görə də X12 X5 xx.xx.2023-cü il tarixli İD ********* nömrəli qərarı ilə Rusiya mənşəli xx.xx.2023-cü il tarixdə istehsal edilmiş, son istifadə tarixi xx.xx.2023-cü il olan 532000 kq xalis çəkidə olan qarğıdalı qırıntısı məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmişdir. Hacıqabul Quşçuluq Şirkəti MMC təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərarın icra edilməsi üçün idxal məhsullarının saxlanıldığı anbarın yerləşdiyi Hacıqabul rayonun Ağacanlı kəndində yerləşən və Hacıqabul Quşçuluq Şirkəti MMC-yə məxus olan quşçuluq təsərrüfatında müəssisə rəhbərliyi ilə aparılan şifahi danışıqlar zamanı həmin məhsul partiyasının yalnız öz təsərrüfatında istifadə etmək üçün idxal etdiklərini və həmin məhsul partiyasının istifadə olunduğunu şifahi şəkildə onlara bildirmişlər. Həmçinin məhsul partiyasına baxış keçirilməsi mümkün olmamışdır. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən Hacıqabul Quşçuluq Şirkəti MMC-yə inzibati tənbeh verilməsini xahiş etdi. "xxxx" MMC-nin nümayəndəsi X20 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Qida X9-X21 tərəfindən tərtib edilmiş protokolla razıdır. Qısa müddət ərzində həmin nöqsanları aradan qaldırıb müvafiq sənədləri həm məhkəməyə, həm də X12 X7 təqdim edəcəkdir. Odur ki, MMC barəsində şərti olaraq yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İD ********* nömrəli müraciət barədə ərizədən görünür ki, "xxxx" MMC Rusiya Federasiyasından idxal olunan 532000 kg qarğıdalı məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elekton ərizə ilə Azərbaycan Respublikasının X12nə müraciət etmişdir. İş materiallarında olan “Məhsul nümunələrinin götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD ********* nömrəli müraciətinə əsasən X12 X5 əməkdaşı X18 "xxxx" MMC-nin direktor müavininin iştirakı ilə həmin müəssisənin Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən təsərrüfat yerindən AQTA xx.xx.2020-ci il tarixli 19 saylı qərarının 1.5.4-cü bəndi, kif göbələklərinin təyini və koliform bakteriyasının təyini məqsədi ilə Rusiya mənşəli qarğıdalı qırıntısından nümunələr götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun Milli Referans Laboratoriyasının verdiyi xx.xx.2023-cü il tarixli sınaq protokolundan görünür ki, "xxxx" MMC-nin Ağacanlı kəndində yerləşən təsərrüfatından götürülmüş qarğıdalı qırıntıları nümunələrində koliform bakteriyalarının tələblərə uyğun olduğunu, kif göbələklərinin miqdarının isə uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Qida X4-X16 xx.xx.2023-cü il tarixli İD ********* nömrəli qərarından görünür ki, Rusiya mənşəli xx.xx.2023-cü il tarixdə istehsal edilmiş, son istifadə tarixi xx.xx.2023-cü il olan 532000 kq xalis çəkidə olan qarğıdalı qırıntısı məhsulu partiyası AQTİ-nin Milli Referens Laboratoriyası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli İD ********* nömrəli müraciətinə uyğun olaraq götürülmüş məhsul nümunələri barədə xx.xx.2023-cü il tarixli AZ-20050660/LAB01-23030-T-030 nömrəli sınaq protokoluna əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan məhsulda kif göbələklərinin miqdarı normadan yüksək olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 19 saylı qərarının tələblərinə cavab verməmişdir. Bu səbəbdən Rusiya Federasiyasından idxal edilmiş Rusiya mənşəli xx.xx.2023-cü il tarixdə istehsal edilmiş, son istifadə tarixi xx.xx.2023-cü il olan 532000 kg xalis çəkidə olan qarğıdalı qırıntısı məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş, həmin məhsul partiyasının qərarın qanuni qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, qərarın həmin hissəsi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməsi qərara alınmışdır. İş materiallarında olan poçt göndərişlərinin izlənməsinə dair məlumatdan görünür ki, Qida X4-X16 xx.xx.2023-cü il tarixli İD ********* nömrəli qərarı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ünvanına çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Hacıqabul Quşçuluq Şirkəti MMC təhlükə malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərarın icra edilməsi üçün idxal məhsullarının saxlanıldığı anbarın yerləşdiyi Hacıqabul rayonun Ağacanlı kəndində yerləşən və Hacıqabul Quşçuluq Şirkəti MMC-yə məxus olan quşçuluq təsərrüfatında müəssisə rəhbərliyi ilə aparılan şifahi danışıqlar zamanı həmin məhsul partiyasının yalnız öz təsərrüfatında istifadə etmək üçün idxal etiklərini və həmin məhsul partiyasının istifadə olunduğunu şifahi şəkildə X12 X5 əməkdaşlarına bildirilmiş və həmin məhsul partiyasına baxış keçirilməsi mümkün olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC Rusiya Federasiyasından 532000 kg qarğıdalı məhsulu idxal etmiş və həmin məhsula uyğunluq sertifikatının verilməsi üçün X10 müraciət etmişdir. Həmin qurum AQTA xx.xx.2020-ci il tarixli 19 saylı qərarının 1.5.4-cü bəndi, kif göbələklərinin təyini və koliform bakteriyasının təyini məqsədi ilə "xxxx" MMC tərəfindən ölkə ərazisinə idxal edilmiş qarğıdalı məhsulundan nümunələr götürmüşdür. Keçirilmiş müayinə nəticəsinə məlum olmuşdur ki, təqdim edilmiş nümunələrdə yoxlanılan məhsulda kif göbələklərinin miqdarı normadan yüksək olduğuna görə Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 19 saylı qərarının tələblərinə cavab vermir. Bu səbəbdən Qida X4-X16 rəisi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla qarğıdalı qırıntısı məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina etmiş, həmin məhsul partiyasının qərarın qanuni qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, qərarın həmin hissəsi icra edilmədiyi təqdirdə isə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməsini qərara almışdır. Həmin qərar rəsmi qaydada xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə təqdim edilmiş və “İnzibati İcraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən qərar təqdim edildiyi andan qanuni qüvvəyə minmişdir. Lakin, xx.xx.2023-cü tarixdə Agentliyin əməkdaşları sözügedən qərarının icrası vəziyyətinin yoxlanılması məqsədi ilə "xxxx" MMC-nin Ağacanlı kəndində yerləşən təsərrüfatına getmiş, idxal edilmiş məhsulların ölkə hüdudlarından kənara çıxarılmadığı və ya məhv edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, "xxxx" MMC Qida X4-X16 rəisinin qanuni yazılı tələblərini yerinə yetirməmişdir. Bununla da o, hüquqi şəxs olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 40, 114, 115, 116 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 4000 (dörd) min manat məbləğində inzibati cərimə edilsin. "xxxx" MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X25
Məhkəmə qərarları › İş №3(071)-204/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-204/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver