Məhkəmə qərarları › İş №3(071)-204/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-204/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-204/2025 20.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi, qərarından şikayət verilmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, Gözəlov Vəkil Heydər oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Gözəlov Vəkil Heydər oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 606.3-cü maddəsi ilə təqsirli bilinmişdir. V.H.Gözəlovun həmin qərardan şikayəti 21 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X3 ifadəsində bildirmişdir ki, Gözəlov Vəkil Heydər oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət vermiş şəxs Gözəlov Vəkil Heydər oğluna lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə qərardan şikayət vermiş şəxs Gözəlov Vəkil Heydər oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, inzibati tənbeh tətbiq etmə barədə qərar Gözəlov Vəkil Heydər oğlu barəsində qəbul edilmiş, şikayət də onun adından tərtib edilmiş, lakin şikayəti Nümayəndə imzalanmışdır (nümayəndəsi olduğunu qeyd etməklə). Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin olması nəzərdə tutulmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmadıqda onun qanuni nümayəndəsi ola bilər. Şəxs tam fəaliyyət qabiliyyətli olduqda isə onun müdafiəçisi ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şahidin, zərərçəkmiş şəxsin, həmçinin hüquqi şəxsin nümayəndəsinin olması nəzərdə tutulmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün müdafiəçi nəzərdə tutulmuşdur. Müdafiəçi qismində isə yalnız vəkilin iştirak edə biləcəyi müəyyən edilmişdir. İndiki halda isə şikayəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nə özü, nə də qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli müdafiəçisi imzalamamışdır. Beləliklə də, hazırkı şikayət hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən şikayət subyektiv hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Gözəlov Vəkil Heydər oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar