Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-208/2023 07.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Hacıqabul şəhərində kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Hacıqabul rayonu, Nəvahi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 may 2023-cü il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində həyat yoldaşı X3 vurub sağ bazunun yuxarı 1/3-də qançırı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Beləliklə, Qədirli X5 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X7 izahatında göstərdi ki, Şəxs 04 may 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zəmnində həyat yoldaşı X3 vuraraq xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərməyək göstərdi ki, 2022-ci ilin oktyabr ayının 13-də X6 ilə ailə həyatı qurmuşdur. Bu nikahlarından uşaqları olmamış və evləndikdən sonra aralarında heç bir mübahisə və münaqişə olmamışdır. 2023-cü ilin may ayında Yetər 5 aylıq hamilə olduğu üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasında müayinə olunmuş və onun hamiləliklə bağlı heç bir probleminin olmadığı müəyyən olumuşdur. 07 may 2023-cü il tarixdə Yetər ondan xəbərsiz müalicə adı ilə atası evinə gedərək abort etdirmiş və bundan sonra qaynanası Gülzar telefon vasitəsilə ona zəng edərək onu öldürəcəkləri ilə hədələmişdir. Yetərə heç bir bədən xəsarəti yetirməmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. 2022-ci ilin oktyabr ayının 13-də Şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. Evləndikləri ilk gündən aralarında dəfələrlə mübahisələrinin olmuşdur. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Nəvahi kəndində yaşadığı evin yataq otağında həyat yoldaşı Məhəmmədlə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Məhəmməd onun sifət nahiyyəsindən 3 dəfə sillə ilə vurmuş, qollarından bərk sıxmış və sonra qarnının üzərində oturaraq onu boğmağa çalışmışdır. Həmin vaxt nəfəsinin kəsildiyini görüb onu buraxmışdır. Məhəmmədlə aralarında əvvəllər də mübahisə olan zaman onu dəfələrlə döymüş, lakin bununla bağlı şikayət etməməmişdir. Hər dəfə döyüldükdən sonra hamiləliklə bağlı problemləri yaranmışdır. 07 may 2023-cü il tarixdə müalicə ilə bağlı atası evinə getmişdir. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 179 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağ bazunun yuxarı 1/3-də qançır - küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 04 may 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X1 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 25 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X10 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən xx.xx.2023cü il tarixdə zərər çəkmiş X4 qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd üz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(071)-208/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-208/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver