Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-209/2023 10.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Ağsu rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayonu Cəfərli kəndində qeydiyyatda olan, Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsində evinin həyətində X4 qolunu buraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən polis sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsində X6 döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, oğlu Şəxs Qobustan rayonunda yaşayan qohumu X3 ilə nişanlamışdır. Toy mərasimini xx.xx.2023-cü il tarixdə planlaşdırmış, xx.xx.2023-cü il tarixdə gəlini Yeganə, Yeganənin anası Xəyalə, atası Ramiz, bibiləri Ramilə və Tünzalə cehiz qurmaq üçün onlara gəlmişdilər. Həmin günü mətbəx mebelində çatışmamazlıq səbəbindən Yeganənin anası Xəyalə ilə aralarında sözlə mübahisə olmuşdur. xx.xx.2023cü il tarixdə saat 17 radələrində Yeganənin anası Xəyalə, bibiləri Ramilə və Tünzalə, yanlarında Xəyalə adlı xanımla Hacıqabul rayonu, Muğan qəsəbəsinə onların yaşadığı evə gələrək, Yeganənin anası Xəyalə ona gətirdikləri cehizləri aparacaqlarını və toyu təxirə salacaqlarını ona demişdir. Bu sözdən sonra onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı onlarla gələn qonaq Xəyalə Aplak özünə məxsus mobil telefonla baş verənləri çəkməyə başlamışdır. Xəyaləyədən çəkilişi dayandırmağı və video çəkilişi pozmağı tələb etmişdir. Xəyalə isə videoçəkilişi pozmayaraq, telefonu cibinə qoymaq istəyərkən ona yaxınlaşıb telefonu ondan almışdır. Lakin, həmin vaxt o, Xəyaləyə xəsarət yetirməmişdir. Onun qolundakı xəsarəti necə almasından məlumatı yoxdur. Odur ki, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, qohumu Qobustan rayon sakini X3 Hacıqabul rayon sakini Şahin Salahovla nişanlı olduğundan və xx.xx.2023cü il tarixdə toy mərasim olacağı səbəbindən xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Yeganənin anası Xəyalə, bibiləri Ramilə və Tünzalə ilə Hacıqabul rayonu, Muğan qəsəbəsinə getmişlər. Orada mətbəx mebelində çatışmamazlıq səbəbindən Şahinin atası Zaurla Yeganənin anası Xəyalə arasında mübahisə düşmüş, Zaur onları təhqir etdiyi üçün o da baş verənləri telefona çəkmişdir. Çəkilişi görən Zaur çəkilişi dayandırmağı tələb edərək, telefonu ondan almaq istəmişdir. Bu vaxt onun oğlu Şahin onun qolunu arxa tərəfə buraraq ona ağrı vermiş, o, bərk qışqırdığından Şahin onun qolunu buraxmışdır. Hadisə zamanı Şəxs ona heç bir bədən xəsarəti yetirməmişdir. Zaur sadəcə onun əlindən telefonu almışdır. Onun bədənindəki xəsarətləri Zaurun oğlu Şahin yetirmişdir. Odur ki, Şəxs deyil, Şahin Salahovu məsuliyyətə cəlb olunub onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, qohumu Qobustan rayon sakini X3 Hacıqabul rayon sakini Şahin Salahovla nişanlı olduğundan və xx.xx.2023-cü il tarixdə toy mərasim olacağı səbəbindən xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Yeganənin anası Xəyalə, bacısı Tünzalə ilə və qohumları Xəyalə Aplak ilə birlikdə Hacıqabul rayonu, Muğan qəsəbəsinə getmişlər. Orada mətbəx mebelində çatışmamazlıq səbəbindən Şahinin atası Zaurla Yeganənin anası Xəyalə arasında mübahisə düşmüş, Zaur onları təhqir etdiyi üçün Xəyalə Aplak baş verənləri telefona çəkmişdir. Çəkilişi görən Zaur çəkilişi dayandırmağı tələb edərək, telefonu Xəyalədən almaq istəmişdir. Bu vaxt Zaurun oğlu Şahin Xəyalənin qolunu buraraq ona xəsarət yetirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin əlamətləri olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 159 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – Döş qəfəsinin ön səthinin qançırı. Sol bazu oynağının arxa səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxslər tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə barəsində inzibati icraata aparılan şəxs Şəxsla oğlunun nişanlısı Yeganənin anası Xəyalə arasında mübahisə baş vermişdir. Tərəflər arasında olan mübahisəni zərər çəkmiş Xəyalə Aplak telefon vasitəsi ilə videoya çəkmişdir. Həmin vaxt Şəxs videoçəkilişin dayandırılmasını Xəyalə Aplakdan tələb etmiş, lakin sonuncu buna məhəl qoymamışdır. Bu vaxt Şəxs oğlu Şahin adlı şəxs Xəyalə Aplaka yaxınlaşaraq onun qolunu burmuş və ona fiziki ağrı yetirmişdir. Hadisə vaxtı Şəxs zərər çəkmiş Xəyalə Aplaka hər hansı formada fiziki xəsarət yetirməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, X4 döyülməsi epizodu ilə bağlı Şəxs təqsirli olmaması sübuta yetirildiyindən, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə həmin protokol üzrə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X4 döyülməsi faktı ilə bağlı təqsirli şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(071)-209/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-209/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver