Məhkəmə qərarları › İş №3(071)-209/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-209/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-209/2024 16.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Telman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hacıqabul Mənzil-Kommunal Təsərrüfatı birliyinin müdiri vəzifəsində işləyən Şəxs "xxxx" PHŞ-da formalaşan çirkab suların xüsusi avtomaşınla daşınaraq qanunsuz olaraq Hacıqabul rayon ümumi zibilxanasının ərazisinə axıdılmasına icazə vermişdir. Nəticədə Azərbaycan Respublikası “Su Məcəlləsinin” 103-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, Hacıqabul Mənzil-Kommunal Təsərrüfatı birliyinin müdiri vəzifəsində işləyən Şəxs "xxxx" PHŞ ilə müqavilə bağlayaraq, yaranmış çirkab sularını xüsusi avtomaşınla daşıyaraq rayon ərazisində olan ümumi zibilxana ərazisinə axıdılmasına icazə vermiş, bununla da İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 ifadə verərək bildirdi ki, əvvəllər "xxxx" PHŞ-də formalaşmış çirkab sular ümumi kanalizasiya sisteminə axıdılmış, sonradan ərazidə şanbo tikilmiş və həmin çirkab suları xüsusi avtomobillərlə rayon ərazisində mövcud olan ümumi məişət tullantılarının toplandığı yerə boşaldılmışdır. Həmin çirkab suların əslində hansı əraziyə axıdılması və bunun üçün zəruri şəraitin mövcudluğu barədə verilən suala Z.Səmədov cavabında çirkab suların axıdılması üçün zəruri şəraitin olması barədə məlumatının olmadığını və həmin şəraitin hansı təşkilat tərəfindən yaradılmasından xəbərsiz olduğunu bildirdi. Materiala baxış keçirilən zaman məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən "xxxx" PHŞ-də monitorinq keçirilmiş və müəyyən nöqsanlar aşkar edilmişdir. "xxxx" PHŞ-nin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı 08 iyul 2024-cü il tarixli məktubdan məlum olur ki, monitorinq nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüş, xəstəxanada yaranan çirkab suların təmizlənməsi və zərərsizləşdirilməsini təmin edən mərkəzləşdirilmiş və ya digər tipli kanalizasiya təmizləyici qurğuları olmadığı üçün müəssisənin çirkab suları şanboya yığılaraq Hacıqabul şəhər Kommunal Müəssisəsi Kombinatı tərəfindən xüsusi avtomobillərlə kənarlaşdırılmışdır. Bu fakt materiala əlavə edilmiş "xxxx" PHŞ ilə Hacıqabul Rayon Kommunal Müəssisələri arasında bağlanılmış 07 yanvar 2024-cü il tarixli müqavilə ilə təsdiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri öz əksini tapmışdır. Müvafiq maddənin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinə əsasən u qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan Şəxs vəzifəli şəxs olaraq fəaliyyətində öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı konkret hallar öz əksini tapmamış, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifəsi olaraq xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etmək və inzibati xətaların qarşısını almaq barədə hər hansı tədbir görülməmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolda müqavilə əsasında xüsusi avtomobillərlə rayon ərazisində mövcud olan ümumi məişət tullantılarının toplandığı yerə çirkab sularının boşaldılmasına görə hansı səlahiyyətli qurumun məsuliyyət daşımasına münasibət göstərilməmiş və beləliklə də, inzibati xətanın subyekti dəqiq müəyyənləşdirilməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində tərtib olunmuş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol ləğv olunmalı, inzibati xətanın törədilməsində təqsirli olan subyekt müəyyən edilməli və inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılması üçün qərarın surəti səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində tərtib olunmuş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol ləğv olunmalı, inzibati xətanın törədilməsində təqsirli olan subyekt müəyyən edilməli və inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılması üçün qərarın surəti səlahiyyətli orqana göndərilməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar