Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-21/2023 19.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X3 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bəydövül kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Zamiq Babayevə məxsus 1 ədəd qoşa lüləli 12 kalibrli MR-27 markalı, 40793 nömrəli və tək lüləli 16 kalibrli, İJ-18M markalı 35656 nömrəli ov silahı ilə xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu Abdulabad kəndi ərazisində ov qaydalarının kobud şəkildə pozaraq 05 ədəd çöl dovşanı ovlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 272.3-cü maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, qoşa lüləli 12 kalibrli, MR- 27 markalı, 40793 nömrəli ov silahı və tək lüləli 16 kalibrli, İJ-18M markalı, 35656 nömrəli ov silahı oğlu X1 məxsusdur. Oğlu Zamiqlə eyni ünvanda yaşadığından xx.xx.2022-cü il tarixdə saat 09 radələrində ov etmək məqsədilə Göyçay rayonu Bəydövül kəndindən oğlu Sənan Babayev və həmkəndlisi X2 ilə birlikdə oğlu Sənana məxsus Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Abdulabad kəndi ərazisinə gəlmişlər. Həmin gün saat 15:00 radələrində Hacıqabul rayon Abdulabad kənd ərazisində hər iki ov silahından istifadə etməklə 5 ədəd çöl dovşanı ovlamışdır. Həmin vaxt onlar Hacıqabul RPŞ əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə dəvət edilmişlər. Törətdiyi əməlindən peşmandır. Odur ki, bunları nəzərə alaraq, barəsində yüngül həddə cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru polis kapitanı Emin Budaqov məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul rayon X5 Bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Göyçay rayon polis şöbəsi tərəfindən X1 verilmiş 132 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli MR-27 markalı qoşalüləli 09240793 və tək lüləli 16 kalibrli, İJ-18M markalı, 35656 nömrəli ov silahı Zamiq Babayevə saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün verilmişdir. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs lazımi icazə olmadan və qadağan edilmiş yerdə ov etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs təqsirinin dərəcəsini, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər – 12 kalibrli MR-27 markalı 09240793 nömrəli qoşalüləli və 16 kalibrli, İJ-18M markalı, 35656 nömrəli tək lüləli ov silahı X1 məxsusdur və həmin predmetlər, eləcə də istifadə edilmiş 8 ədəd 16 kalibrli boş patronlar Hacıqabul rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə predmeti olan ov silahları müsadirə edilməməklə, onlar qanuni sahibi olan X1 geri qaytarılmalı, 8 ədəd 16 kalibrli boş patronlar isə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilsin. Hacıqabul rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər – 12 kalibrli MR-27 markalı 09240793 nömrəli qoşalüləli və 16 kalibrli, İJ-18M markalı, 35656 nömrəli tək lüləli ov silahları X4 geri qaytarılsın, istifadə edilmiş 8 ədəd 16 kalibrli boş patronlar məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(071)-21/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-21/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver