Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-210/2023 11.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sabirabad rayonunun Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Hacıqabul rayonu Qarasu qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs bir ədəd “Tula” markalı” 16 kalibrli, üzərində 135110-63 nömrəsi olan qoşa lülə mülki ov silahını müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan əldə edib saxlamışdır. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Elşən Abbaszadə tərəfindən həmin silah Hacıqabul rayonu Qarasu kəndi ərazisində aşkar edərək Şəxs götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, həmin silah mərhum atası Rafiq Talıbovdan qalmışdır. Həmin silahın ona məxsus olmasına heç bir sənəd yoxdur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Hacıqabul rayonu Qarasu kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşıb ov silahının sənədlərini istəmişlər. Silahın heç bir sənədi olmadığı üçün onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun barəsində inzibati protokol tərtib edilmiş və silah ondan alınaraq saxlanca götürülmüşdür. O, törətdiyi əməlin qanun pozuntusu olduğunu bilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X2 inzbati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru X3 tərəfindən HK- 1/640 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlamasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Hacıqabul rayonu, Qarasu kəndində yaşayan Şəxs sənədləri olmayan 1 ədəd qoşa lüləli, Tula markalı, 16 kalibrli üzərində 135110-63 nömrəli yazısı olan ov silahı aşkar edilərək götürülmüşdür. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, onun barəsində İXM-in 590.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarından görünür ki, Hacıqabul rayon Qarasu kənd sakini Şəxs götürülmüş 1 ədəd qoşa lüləli, “Tula” markalı, 16 kalibrli 135110-63 nömrəli ov tüfəngi Hacıqabul rayon Polis Şöbəsinin İTB-nə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Şəxs müvafiq icazə almadan 1 ədəd qoşa lüləli, Tula markalı, 16 kalibrli üzərində 135110-63 nömrəli yazısı olan ov silahını əldə etmiş və saxlamışdır. Həmin ov silahı ondan aşkar edilərək götürülmüş və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs götürülmüş bir ədəd “Tula” markalı” 16 kalibrli, üzərində 135110-63 nömrəsi olan qoşa lüləli ov silahı müsadirə edilməklə Şəxs inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - bir ədəd “Tula” markalı” 16 kalibrli, üzərində 135110-63 nömrəli yazısı olan qoşa lüləli ov silahı müsadirə edilməklə, ona 80 (səksən) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(071)-210/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-210/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver