Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-210/2025 30.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonu Abdulyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Hacıqabul rayonu, Abdulabad kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-272/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 79,72 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə, 2(071)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1655,19 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-yə, 2(071)- 820/2024 saylı, xx.xx.2024-cü tarixli icra vərəqəsinə əsasən 2890 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Kapital Bank" ASC-yə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3123/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 6052 manat və 8(008)-643/2025 saylı, xx.xx.2025-ci tarixli icra vərəqəsinə əsasən isə 544 manat aliment borcu, ümumilikdə 6596 manat borcu yaranmışdır. Hacıqabul Rayon Məhkəməsinin 3(071)-238/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilməsinə baxmayaraq, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə yol vermişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs icra sənədləri üzrə qalıq borcu 6.596 manat təşkil edir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, hazırda fərdi əməklə məşğuldur. İcra sənədləri üzrə borcunu inkar etmir. Lakin hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin tələbkarlar və ya onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, inzibati xəta haqqında materialdan müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-272/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 79,72 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1655,19 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-820/2024 saylı, xx.xx.2024-cü tarixli icra vərəqəsinə əsasən 2890 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Kapital Bank" ASC-yə ödənilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3123/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 6052 manat və 8(008)-643/2025 saylı, xx.xx.2025-ci tarixli icra vərəqəsinə əsasən isə 544 manat aliment borcu, ümumilikdə 6596 manat borcu yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 3(071)- 238/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilməsinə baxmayaraq, Şəxs il ərzində eyni məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, icra sənədlərinin icrasına laqeyd yanaşmışdır. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imkanı olmadığını əsas gətirərək, borcunu ödəmədiyini bildirsə də, icra sənədlərinin icraya yönəldiyi vaxtdan keçən müddət nəzərə alındıqda bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmış, onun halhazırda icra sənədi üzrə 6.596 manat ödənilməmiş borcu qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsində isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 30 iyul 2025-ci il tarixdən saat 14:20-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-210/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-210/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver