Məhkəmə qərarları › İş №3(071)-211/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-211/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-211/2023 11.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərər çəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cü il tarixdə Sabirabad rayonu, Əsədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sabirabad rayonu, Əsədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, 09 iyul 2023cü il tarixdə saat 22:30 radələrində Hacıqabul-Şirvan yolunun 1-ci kilometrliyində “Qaz- 2410” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 21063” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Qaz-2410” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində sürücülük hüququ olmadan, “Qaz-2410” minik markalı **- BG-***dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hacıqabul-Şirvan yolunun 1-ci kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X1 idarə etdiyi “VAZ 21063” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, onun sürücülük vəsiqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində “Qaz-2410” minik markalı **-BG- ***dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hacıqabul-Şirvan yolunun 1-ci kilometrliyində Bakı-Qazax avtomagistral yolundan Hacıqabul şəhərinə enən zaman yolu səhv getdiyi anlayıb, oradan geri qayıtmaq istəmiş, yolun sağ hərəkət hissəsindən sola manevr edən zaman həmin yolda düzünə hərəkətdə olan “VAZ 21063” minik markalı **- KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Hacıqabul-Şirvan yolunun 1-ci kilometrliyində idarə etdiyi “VAZ 21063” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşısında gedən “Qaz-2410” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən yolun sağ hərəkət hissəsindən sola manevr edərək onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Lakin, onun avtomobilinə 296 manat maddi ziyan dəymişdir. Həmin ziyan ona ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs X1 Hacıqabul RPŞ-nin DYPB-nə verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Hacıqabul-Şirvan yolunun 1-ci kilometrliyində onun idarə etdiyi avtomobil ilə “Qaz-2410” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, lakin onun avtomobilinə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Hacıqabul RPŞ-nin DYPB-nə verdiyi izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Hacıqabul- Şirvan yolunun 1-ci kilometrliyində hərəkətdə olan zaman sürücülük hüququ olmadan idarə etdiyi “Qaz-2410” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21063” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. “Avtomotoservis və ticarət Müəssisəsi” tərəfindən verilmiş qüsur aktından görünür ki, “VAZ 21063” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 296 manat zərər dəymişdir. “X2” PHŞ TTTYŞ-nin tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22:50-də verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 265 saylı tibbi müayinə protokolunda göstərilir ki, xx.xx.1999-cu il təvəllüdlü Şəxs müayinə olunan zaman onun spirtli içki qəbul etmədiyi (ayıq olduğu) məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar