Məhkəmə qərarları › İş №3(071)-214/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-214/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-214/2025 01.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Salyan rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə işlədiyi Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən “Zirvə” kafesinin mətbəxində Zərərçəkmiş şəxs sillə ilə vuraraq döymüşdür. Beləliklə, Zeynalov X4 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə işlədiyi Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən “Zirvə” kafesinin mətbəxində Zərərçəkmiş şəxs sillə ilə vuraraq döymüşdür. Nəticədə, Zeynalov X4 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 15 gündür ki, Gülüzar işlətdiyi kafedə qabyuyan işləyir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Gülüzar işə gələndə ona niyə icazəsiz işdən qalmasını soruşmuş, onun kimi işçi ona lazım olmamasını və çıxıb getməsini bildirmişdir. Bununla əlaqədar aralarında mübahisə yaranmış, Gülzar çıxıb getməmiş, çöldə stulda oturmuş, ona niyə oturmasını və çıxıb getməsini bildirəndə Gülüzar zala girərək müşahidə kamerasının manitorunu yumruqla vurmuş, sonra mətbəxə keçmiş, onun arxası ilə mətbəxə keçəndə Gülüzarın stəkanı yerə vurub sındırmış, onun üstünə gedəndə Gülizar onu itələmiş və yıxılmışdır. Həmin vaxt orada olan Coşqun onu qaldırmış və Gülüzar mətbəxdən çıxıb getmişdir. O, Gülüzarı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, kəndlərində “Zirvə” kafesi var. Kafeni işlədən Natiqlə münasibəti yaxşıdır. Hərdən iş olanda yəni özünə aid ət doğramaq işi olanda gedib kömək edir. Mətbəxdə işləyən Gülzar adlı qadını tanıyır. Kafeyə gedəndə görmüş və bilir ki, mətbəxdə qabyuyan işləyir. xx.xx.2025-ci il tarixdə də saat 19 radələrind kafedə olarkən Gülüzar işə gəldi, lakin Natiq Gülzara icazə vermədi ki işinə başlasın. Bununla əlaqədar aralarında mübahisə yarandı. Söhbətdən bildi ki, Gülüzar işə gəlməyib, ona görə də Natiq onu işdən çıxarmaq istəyir. Gülüzarla aralarını sözlə mübahisə olmuş və Natiq Gülüzara getməsini bildirmişdir. Gülüzar getməmişdir. Daha sonra, Gülüzar əlində olan bakalı yerə çırpıb sındırdı. Şəxs Zərərçəkmiş şəxs sillə ilə vurmasını görməmişdir. Məhkəmə iclasının yeri vaxtı barəsində məlumatlı olmasına baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 179 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - üst dodağın iç səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddət hadisə gününə xx.xx.2025-ci il tarixə uyğundur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X3 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar