Məhkəmə qərarları › İş №3(071)-22/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-22/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-22/2023 19.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X3 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bəydövül kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində ov edərkən mülki silahın daşınması qaydalarının pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 590.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, qoşa lüləli 12 kalibrli, MR-27 markalı, 40793 nömrəli ov silahı və tək lüləli 16 kalibrli, İJ-18M markalı, 35656 nömrəli ov silahı oğlu X1 məxsusdur. Oğlu Zamiqlə eyni ünvanda yaşadığından xx.xx.2022cü il tarixdə saat 09 radələrində ov etmək məqsədilə Göyçay rayonu Bəydövül kəndindən oğlu Sənan Babayev və həmkəndlisi X2 ilə birlikdə oğlu Sənana məxsus Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Abdulabad kəndi ərazisinə gəlmişlər. Həmin gün saat 15:00 radələrində Hacıqabul rayon Abdulabad kənd ərazisində hər iki ov silahından istifadə etməklə 5 ədəd çöl dovşanı ovlamışdır. Həmin vaxt onlar Hacıqabul RPŞ əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə dəvət edilmişlər və Hacıqabul RPŞ-də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Bunu nəzərə alıb barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə inzibati xəta materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X4 protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Göyçay rayon polis şöbəsi tərəfindən X1 verilmiş 132 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli MR-27 markalı qoşalüləli 09240793 və tək lüləli 16 kalibrli, İJ-18M markalı, 35656 nömrəli ov silahı Zamiq Babayevə saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş, materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına görə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün o, müvafiq icra hakimiyyəti orqanından ov etmək üçün xüsusi icazə almış şəxs olmalıdır. Hazırki işin materiallarından isə müəyyən olunur ki, Şəxs ovçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazəsi olmamış, onun üzərindən aşkar edilmiş ov silahları isə oğlu Zamiq Babayevə məxsus olmuşdur. Belə olan halda, o, İXM-in 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar