Məhkəmə qərarları › İş №3(071)-220/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-220/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-220/2024 24.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş protokollara və onlara əlavə olunmuş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ və Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP 6506604, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Hacıqabul RPŞ-dən məhkəməyə daxil olmuşdur. Şəxs barəsində DİN BDYPİ və Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və İXP ******* nömrəli protokollardan görünür ki, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20441207 nömrəli və xx.xx.2024-cü il tarixli EQ seriyalı 20717233 nömrəli qərarlara əsasən Azərbaycan Respublikası İXM-nin 346.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək ona müvafiq olaraq 20 və 40 manat cərimə növündə tənbeh tədbirləri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarlar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli və İXP ******* nömrəli protokollar üzrə Şəxs İXM-nin 529.3-cü maddəsilə təqsirli bilinməlidir. Belə ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində təyin edilmiş cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş reyestr çıxarışlardan müəyyən edilir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlar qanunla müəyyən edilmiş müddətdə Şəxs şəxsi elektron kabinetinə yerləşdirilmiş, həmçinin yaşayış yeri üzrə ünvanına göndərilmişdir. Bununla yanaşı iş materiallarında olan Şəxs barəsində DİN BDYPİ və Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli və İXP ******* nömrəli protokollardan görünür ki, müvafiq olaraq xx.xx.2024-cü il tarixli EQ 19813204 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 20818419 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 19879897 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 20005851 nömrəli qərarlara əsasən Azərbaycan Respublikası İXM-nin 328.1-ci və 346.2ci maddələri ilə təqsirli bilinərək ona cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavab Abışlı tərəfindən qeyd olunan qərarlar üzrə təyin edilmiş cərimə məbləğləri tam şəkildə ödənilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Eyni zamanda həmin məcəllənin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəyə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəyə görə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki hallarından müəyyən edildiyi kimi Şəxs barəsində onun İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə tərtib edilmiş bir neçə protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə İXM-nin 34-cü maddəsinə əsasən qeyd olunan protokollara bir icraatda baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat üzrə iş aparılan Şəxs xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20441207 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20717233 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 346.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 20 və 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilən qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli protokollar tərtib edilmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətlərinin olması qeyd olunan protokollar üzrə tam sübuta yetirilir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 346.2-ci və 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20005851 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 19813204 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 19879897 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20818419 nömrəli elektron qərarlarla bağlı Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* və İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Lakin qeyd olunan qərarlar üzrə Şəxs barəsində olan müvafiq inzibati cərimələri və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödəmişdir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ və Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli protokollar üzrə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli protokollara münasibətdə isə məhkəmə hesab edir ki, Şəxs müvafiq inzibati cəriməni ödədiyindən barəsində həmin protokollar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və İXP ******* nömrəli protokollar üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli və İXP ******* nömrəli protokollara dair hissədə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar