Məhkəmə qərarları › İş №3(071)-224/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-224/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-224/2023 20.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nn DYPB-nin nümayəndəsi X3, zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində “Nissan X-Trail” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş halda idarə edərkən Hacıqabul rayonu Nəvahi kəndində yol-nəqliyyat hadisəsi törətmiş, avtomobili ağaca vuraraq ağacın elektrik dirəyinə dəyərək alovlanması nəticəsində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus elektrik sayğacı və tövlənin dam örtüyü yanmış, idarə etdiyi avtomobilə və Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bununla bağlı Şəxs barəsində İXP ******* saylı xx.xx.2023-cü tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nn DYPB-nin nümayəndəsi polis baş serjantı X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində “Nissan X-Trail” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş halda idarə edərkən Hacıqabul rayonu Nəvahi kəndində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus elektrik sayğacı və tövlənin dam örtüyü yanaraq Zərərçəkmiş şəxs zərər dəymişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 334.3cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində protokol tərtib edilərək materialla birlikdə məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə atasına məxsus “Nissan X-trail” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının razılığı əsasında idarə edərək çörək almaq məqsədi ilə evdən çıxmışdır. O, həmin kənddə yerləşən kafedə dostları ilə birgə yemək yeyən zaman spirtli içki qəbul etmişdir. Bundan sonra dostlarını idarə etdiyi avtomobillə gətirib yaşadıqları evlərinin yaxınlığında düşürüb öz yaşadığı evə tərəf getmişdir. O, sərxoş olduğundan idarə etdiyi avtomobilin güzgüsündən işıq görüb polis maşını olduğunu zənn edib avtomobili yüksək sürətlə idarə etmiş və idarəetməni itirdiyindən ağaca çırpılmışdır. Nəticədə avtomobil yanmağa başlamış və qonşunun divara bərkidilmiş işıq sayğacını və yardımçı tikilisini yandırmışdır. Hadisə zamanı özü də xəsarət almışdır. Həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamış və avtomobili sərxoş halda idarə etmişdir. Törətdiyi əmələ görə səmimi peşmandır. Bunları nəzərə alaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, Hacıqabul rayonu, Nəvahı kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Onun Hacıqabul rayonu, Nəvahı kəndində özünə məxsus fərdi yaşayış evi vardır. 14 fevral 2023-cü il tarixdə saat 23:15 radələrində öz yaşadığı evə yatan zaman onunla qonşuluqda yaşayan qardaşı X1 darvazanı döyüb onu çağırmasını eşitmişdir. O, paltarını geyinib küçəyə çıxdıqda Şəxs idarə etdiyi “Nissan X-Trail” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsini ona məxsus tövlənin arxa hissəsində yolda olan ağaca vurduğunu, avtomobilin və ona məxsus elektrik sayğacının yandığını və yanğının tövlənin damına keçdiyini görmüşdür. Yolun kənarında bir nəfər şəxsin uzadıldığını görmüşdür. O, avtomobili gördükdə avtomobili tanıdığı üçün həmin avtomobilin Azərə məxsus olduğunu bilmişdir. Hadisə yerində olan şəxslər yolun kənarında uzadılmış Xəyalı göstərərək avtomobili Xəyalın idarə etdiyini demişlər. Hadisə yerinə yanğın söndürən gəlib yanğının qarşısını almışlar. Sonra isə təcili yardım və polis əməkdaşları hadisə yerinə gəlmiş və Xəyalı təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində ona 3000 manat dəyərində maddi ziyan dəymiş və həmin ziyan ona ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 45 nömrəli aktda göstərilir ki, 2002-ci il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə həkim S.Mehtiyeva tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs yüngül dərəcəli sərxoş olduğu və onun qanında alkoqolun konsentrasiyası (alkoqolun miqdarı) 0,4 promil olması göstərilmişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 40 nömrəli rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alın nahiyyəsinin sıyrığı. Sağ gözaltı nahiyyəsinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. Müddəti müayinədən 6-7 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Material üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 8/635 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən «Nissan X-Trail » markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Hacıqabul rayon X6 Bölməsinin müstəntiqi, polis kapitanə X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023–cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə, X7 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin DYPB-si tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli İXP ******* nömrəli protokolun və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikası İXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 180 manat cərimə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinin) törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş özünün etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, ekspertiza rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında səkkiz yüz manat cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını, hadisə nəticəsində xəsarət almasını, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır (İXM 32.1.1, 32.2). Onun əməlində İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar