Məhkəmə qərarları › İş №3(071)-225/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-225/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-225/2023 20.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Hacıqabul rayonu Kolanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş 20 iyul 2023-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Hacıqabul rayonu Kolanı kəndində kənd sakinlərinin toplaşdığı yerdə uca səslə səs-küy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətarı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Hacıqabul rayonu Kolanı kəndində yaşadıqları evdə həyat yoldaşı X7 ilə mübahisə edərək evlərinin qarşısında uca səslə qışqıraraq, ünvansız nalayiq ifadələr işlətmişdir. Hadisə yerinə çağrılan polis əməkdaşları onu sakitləşdirərək nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhələ qoymaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada ən sərt tədbirin görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki,o, inzibati xəta haqqında protokollarda qeyd edilən əməlləri törətmişdir. Belə ki, son zamanlar əsəblərini sakitləşdirmək üçün içki aludəçisi olaraq spirtli içki qəbul edir. Hər dəfə də buna görə həyat yoldaşı X7 ilə aralarında münaqişə yaranır. xx.xx.2023-cü il tarixdə də evə içkili gəldiyindən həyat yoldaşı Günay onunla mübahisə etmiş, aralarında yaranmış münaqişə zamanı yaşadıqları evlərinin qarşısında sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söymüş, hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, o, əsəbi olduğundan hərəkətlərini davam etdirmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Hacıqabul RPŞ-də polis nəfəri işləyir. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu, Kolanı kəndində yaşayan X3 müraciəti əsasında onun yaşadığı ünvana getmişlər. Həmin vaxt Günay Vəliyevanın əri Şəxs sərxoş vəziyyətdə yaşadığı küçədə kənd sakinlərinin toplaşdığı yerdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğundan onu nizam-intizama dəvət etmişlər. Lakin, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında əri Şəxs sərxoş halda evə gəlmiş və əsassız olaraq mübahisə yaradıb onu və uşaqlarını nalayiq söyüşlərlə təhqir etmiş, evdəki bəzi əşyaları sındırmışdır. Buna görə də polis şöbəsinə məlumat verilmişdir. Polis əməkdaşları gələn vaxt Şəxs küçədə nalayiq ifadələr işlətməyə davam edirdi. Onun səsinə bütün qonşular küçəyə çıxmışdı. Polis əməkdaşları gəlib onu sakitləşdirməyə çalışsalar da, o, bıçaq çıxaraq polislərə yaxınlaşmamasını demişdir. Buna baxmayaraq, polis əməkdaşları bıçağı onun əlindən alaraq sakitləşdirmiş və polis şöbəsinə aparmışlar. Şəxs bundan əvvəl də oxşar hadisələr törətmişdir. Onun barəsində ciddi formada tədbir görülməlidir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 294 nömrəli aktda göstərilir ki, 1982-ci il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə həkim S.Mehtiyeva tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs orta dərəcəli sərxoş olduğu müəyyən olunmuş və onun qanında alkoqolun konsentrasiyası (alkoqolun miqdarı) 0,5 promil olması göstərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 01:30-da tutulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 3(071)-200/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək, qəti olaraq 20 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Vəliyev X4 rayonu Kolanı kəndində evlərinin qarşısında eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi, eləcə də inzibati xətanın sərxoş halda törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar kimi qiymətləndirilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, eyni xətanın inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (İXM 33.1.2) və inzibati xətanın sərxoş halda törədilməsini (İXM 33.1.7) məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 1 (bir) ay müddətində inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar