Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-225/2025 10.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X4 nümayəndəsi X7 iştirakları ilə, "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X3 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X4 əməkdaşları tərəfindən "xxxx" QSC-nin Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən X12 Hacıqabul əvəzetmə məntəqəsinin və X2 Deposu Hacıqabul məntəqəsində formalaşan maye tullantıların kənara axıdılması xx.xx.2025-ci il tarixində axıdılması aşkar olunmuşdur. Nəticədə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan "xxxx" QSCnin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, o, "xxxx" QSC-nin hüquqşunası vəzifəsində işləyir. Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X4 nümayəndələri tərəfindən onların iştirakı olmadan "xxxx" QSC-nin tərkibində olan ərazilərə baxış keçirilmişdir. Baxış əsasında müəyyən edilmişdir ki, güya onlar çirkab sularını ətraf mühitə axıtmışdır. Bunun əsasında onlara xəbər vermədən "xxxx" QSC-yə protokol tərtib edilmişdir. Hal-hazırda ərazidə çirkab sularının axıdılmasına dair heç bir sübut yoxdur. Odur ki, "xxxx" QSC barəsində başladılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X4 nümayəndəsi X13 ifadəsində bildirmişdir ki, "xxxx" QSC-nin Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən X12 Hacıqabul əvəzetmə məntəqəsinin və X2 Deposu Hacıqabul məntəqəsində formalaşan maye tullantıların kənara axıdılması xx.xx.2025-ci il tarixində axıdılması aşkar olunmuşdur. Bu barədə müvafiq akt tərtib edilmiş, həmin ərazinin fotoşəkilləri çəkilmiş və inzibati xəta haqqında materiala əlavə edilmişdir. Odur ki, "xxxx" QSC barəsində qanunamüvafiq qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi və "xxxx" QSC-nin inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" QSC-nin ətraf mühiti çirkləndirməsinə yönəlmiş hərəkətləri sübuta yetmədiyindən və onun əməlində inzibati xəta tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X4 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 000814 nömrəli aktda qeyd olunanlara əsasən müəyyən edilir ki, 4 saylı Şirvan-Salyan regional bölmənin 21 iyul 2025-ci il tarixli 10 nömrəli sərəncamına əsasən “Su Qanunvericiliyini” rəhbər tutaraq Hacıqabul rayon ərazisində keçirilən nəzarət tədbirləri zamanı Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən X12 Hacıqabul əvəzetmə məntəqəsinin lokomotiv briqadalarını istirahət evinin və Biləcəri lokomotivlərinin istismar deposu Hacıqabul məntəqəsinin maye tullantı sularının bir qisminin şambaya, bir qisminin isə ətraf əraziyə axıdıldığı müəyyən olunmuşdur. Müəyyən olunmuş hallla bağlı X2 deposunun təlimatçısı X1 məntəqənin təlimatçısı olduğunu, məntəqənin rəis vəzifəsinin ləğv olunduğunu, məntəqənin X9 İdarəsinə tabe olduğunu və bütün sənədlərin həmin idarədə saxlanıldığından heç bir sənəd təqdim edə bilməyəcəyini şifahi olaraq bildirdi. Araşdırma zamanı Biləcəri Lokomotivlərin istismar deposunun depo rəisi Zaur Abbasovla yaradılan əlaqə zamanı araşdırnada iştirak etməsi və sənədlərin təqdim olunması təklif olunsa da Zaur Abbasov imtina etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər tədqiq olunan zaman xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuş xüsusatları təsdiq edəcək hallara, yəni "xxxx" QSC-nin ətraf əraziyə tullantı sularını axıtmasına yönəlmiş hərəkətləri müəyyən edilməmişdir. Nəticədə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən yerli baxış keçirilmiş, yerli baxış zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati qaydada icraat aparılan "xxxx" QSC Hacıqabul şəhəri, H. Həmidov küçəsində yerləşən və onun ərazi tərkibində olan ərazini uzun müddətdir ki, istifadə edir və həmin ərazi üzrə qanuni çıxarışa malikdir. Ərazi hər tərəfdən hasarlarla əhatə edilmişdir. Ərazidə istifadə edilməyən sanitar qovşaq var. "xxxx" QSC-nin əməkdaşlarının bildirdiyinə görə əraziyə axıdılan çirkab su mətbəxdən gələn sabunlu sudur. Yerli baxış zamanı ərazidə çirkab suları aşkar edilməmişdir. Ərazidə baxış zamanı istifadə edilməyən sanitar qovşaq aşkar edilmiş. Eyni zamanda, sanitar qovşağa bitişik şəkildə istifadədə olan əl-üz yuyulan yer müəyyən edilmişdir. Həmin əl-üz yuyulan yerdən axıdılan suyun boru vasitəsilə ərazidən kəbarlaşdırılaraq yaxınlıqda yaşayan sakinlərə məxsus çirkab suların axıdılması üçün nəzərdə tutulmuş kanala axıdılması müəyyən edilmişdir. Bundan başqa, ərazidə çirkab suların toplanması üçün xüsusi çənin olması müəyyən edilmişdir. Nəticə etibarı ilə yerli baxış zamanı əraziyə çirkab suların axıdılması müəyyən edilməmişdir. Belə ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. "xxxx" QSC-yə istinad olunan İXMnin 262.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə olunmalıdır. Lakin hazırkı iş üzrə "xxxx" QSC tərəfindən xx.xx.2025-ci il tarixdə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrərabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına yol verməsi halı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən şəxsin barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törətməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetmədikdə başlanılmış icraata xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" QSC-nin əməlində İXM-nın 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması müəyyən edilmədiyindən həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 53, 114, 128-130- cu maddələrini rəhbər tutaraq qəraraaldı: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X3 daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" QSC-nin Azərbaycan Respublikası İXM-nın 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetmədiyindən və əməldə həmin maddənin tərkibi olmadığından həmin maddə ilə "xxxx" QSC-i inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-225/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-225/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver