Məhkəmə qərarları › İş №3(071)-227/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-227/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-227/2024 18.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şirvan regional idarəsinin inspektoru X1 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi ərizəyə baxaraq, müəyyənetdi: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məсəlləsinin 324.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 324.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, inzibati məsuliyyətə səbəb olan əməl hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Həmin Məcəllənin 485.2-ci maddəsində isə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxs və ya hüquqi şəxslərin inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta vəzifəli şəxsin və ya hüquqi şəxsin “hərəkətsizliyi” ilə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətalardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə olan inzibati xətalar bəzi hallarda hərəkətsizliklə törədilə bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi, daşıyıcı tərəfindən yük daşınması buraxılış vəsiqəsi olmadan həyata keçirildikdə əməl inzibati xəta kimi qiymətləndirilir. Qeyd edilən inzibati xətanın hərəkətsizliklə törədildiyi məlum olur. Eyni zamanda, qeyd edilən maddənin məzmunundan məlum olur ki, yükün daşınması üçün buraxılış vəsiqəsi yükün daşınmasını həyata keçirən təşkilat tərəfindən verilməlidir. Hazır ki, inzibati işin materillarından məlum olur ki, yükün daşınması üçün buraxılış vəsiqəsi Şəxs MMC tərəfindən verilməli olduğu halda, buraxılış vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı mövqeyə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalardan biri olan və “hərəkətsizliklə” törədilən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi yer qısa idxal bəyannaməsinin təqdim edilməli olduğu gömrük orqanının yerləşdiyi yer hesab olunur. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətalara dair qeyd edilən mövqe analoji qaydada “hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə” olan hərəkətsizliklə törədilən inzibati xətalara münasibətdə də, tətbiq edilməlidir. “Elektron məhkəmə informasiya sistemindən” görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1an Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, qəraraaldı Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar