Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-229/2024 11.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024cü il tarixdə Nəvahi qəsəbəsində ögey qardaşı Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə, İmanov X2 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Rasim Hüseynov izahatında bildirdi ki, Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs Nəvahi qəsəbəsində yaşayırlar. Onlar ata bir ana ayrı qardaşlardı və birlikdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə onlar arasında ailədaxili münaqişə baş vermiş və münaqişə zamanı İmanov X3 Elçin Arif oğlunu döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun ögey qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs məxsus mənzil yandıqdan sonra ona məxsus evdə yaşamışdır. Zərərçəkmiş şəxs onun həyat yoldaşı barəsində nalayiq ifadələr işlətmişdir. O, bundan əsəbləşərək Zərərçəkmiş şəxsla mübahisə etmiş və mübahisə zamanı onun boyun nahiyyəsindən şillə ilə vurmuşdur. Əvvəllərdə aralarında dəfələrlə münaqişə olmuşdur. Hazırda himayəsində 3 azyaşlı uşaq var. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qardaşıdır. xx.xx.2024-cü il tarixdə qardaşına məxsus evdə olarkən onlar arasında mübahisə yaranmış və mübahisə zamanı Şəxs onu döyərək boyun nahiyyəsinə vurmuşdur. Həmin vaxt o, qardaşına heç bir cavab qaytarmayaraq evi tərk edib getmişdir. Əvvəllər də, aralarında dəfələrlə münaqişələr olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aqilə İmanova izahat verərək bildirdi ki, Şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə onun qaynıdır. Zərərçəkmiş şəxs məxsus ev yandıqdan sonra o, onlara məxsus evdə yaşamışdır. Zərərçəkmiş şəxs dəfələrlə onun ünvanına nalayiq ifadələr işlərmiş və bununla bağlı Şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə baş vermişdir. İş materiallarından görünür ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(071)-76/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 7 (yeddi) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 404 saylı rəyinə əsasən 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə zərər çəkmiş Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən qeyd edilən inzibati xətanın törədilməsinə səbəblərdən biri də, zərərçəkmişin onun həyat yoldaşı barəsində xoşagəlməz ifadələr işlətməsi olmuşdur. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-229/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-229/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver