Məhkəmə qərarları › İş №3(071)-23/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-23/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-23/2023 06.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımından daxil olmuş İXP seriyalı ******* nömrəli 23 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində “Volswagen Tiquan” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvafiq icazə olmadan çox avazlı səs siqnalı quraşdırmışdır. Bu əməlinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilərək baxılması üçün Hacıqabul Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının YPX inspektoru polis serjantı X1 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının 720 saylı stasionar postunda xidmətdə olarkən Şəxs idarə etdiyi “Volswagen Tiquan” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq dövlət nömrə nişanı olmadan idarə etməsinə dair qabaqcadan məlumat aldıqlarından, həmin avtomobil stasionar posta yaxınlaşarkən saxlanılmış, avtomobilə baxış zamanı avtomobildə müvafiq icazə olmadan quraşdırılmış çox avazlı səs siqnalı aşkar edilmişdir. Həmin avadanlıq sökülərək Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilmişdir. Bu əmələ görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib etmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Gəncə şəhərində yaşayır. Azyaşlı uşağı xəstə olduğu üçün 22 yanvar 2023cü il tarixdə təcili olaraq Bakıya getməli olmuşdur. Yolda vaxt məhdudiyyəti olduğundan sürət radarlarına düşməmək üçün məcbur qalıb idarə etdiyi avtomobilin qabaq nömrə nişanını açmaqla avtomobili idarə etmişdir. Lakin, stasionar posta yaxınlaşdıqda avtomobilin nömrəsini yerinə bağlanmışdır. Bakı Qazax yolunun Hacıqabul rayon Nəvahi kəndi ərazisindən keçən hissəsində DYP postunda onun avtomaşını YPX əməkdaşları saxlayaraq, avtomaşına baxış zamanı avtomobilə müvafiq icazə olmadan çox avazlı səs siqnalı quraşdırıldığını aşkar etdilər. Lakin, həmin avadanlığın o deyil, avtomobilin ondan əvvəlki sahibi quraşdırmışdır. Avadanlıq avtomobilin üzərindən sökülərək götürülmüşdür. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında materiala xitam verilməsini xahiş etdi. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanda yaşayan Şəxs idarə etdiyi “Volswagen Tiquan” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin üzərində xüsusi (çoxavazlı) səs siqnalı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş əşyaların və sənədlərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Şəxs idarə etdiyi “Volswagen Tiquan” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsinə quraşdırılmış çoxavazlı səs siqnalı sökülərək götürülmüşdür İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində qeyd edilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs idarə etdiyi “Volswagen Tiquan” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvafiq icazə olmadan çoxavazlı səs siqnalı quraşdıraraq həmin avtomobili idarə etməsi tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM-nin 32.2-ci maddəsi). Məhkəmə Şəxs əsas tənbeh kimi törətdiyi inzibati xətaya görə nəzərdə tutulmuş sanksiyanın aşağı həddində inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Eyni zamanda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddənin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş premdetin müsadirəsi nəzərdə tutulduğundan, inzibati xətanın bilavasitə obyekti olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsində saxlanılan bir ədəd xüsusi (çox avazlı) səs siqnalı dövlət nəfinə müsadirə olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar