Məhkəmə qərarları › İş №3(071)-231/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-231/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-231/2023 25.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:10-da “Vaz 21013” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə idarə etdiyi üçün və İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın bir il ərzində təkrar törədilməsi halına yol verdiyinə görə, Hacıqabul rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Material məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:10-da “Vaz 21013” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü bundan qabaq qayda pozuntularına yol verdiyinə görə ona tətbiq olunmuş cəriməni ödəmədiyi və avtomobilin üzərində həbs olduğu üçün saxlanılmış , həmin vaxt sürücünün sərxoş olması müəyyən edilmişdir. Sürücü Şəxs il ərzində ikinci dəfə eyni xətanı törətdiyinə görə onun barəsində İXM-in 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00-da “Vaz 21013” minik markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edən zaman yol-patrul xidmətinin əməkdaşı onu saxlamışdır. Həmin günü o, pivə içmişdir. Lakin, törətdiyi əməldən peşmandır. Odur ki, ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Hacıqabul Rayon Mərkəzi X4 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 300 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə olmuşdur və onun qanında alkoqolun konsentrasiyası 0,7 promildir. Hacıqabul rayon Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Məmmədov X3 Xətalar Məcəlləsinin 339.1-1, 333.1, 329.3 və 322.0.2-ci maddələri ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan müəyyən edilir ki, Şəxs İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş cəriməni ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində - bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, yəni onun bir il ərzində təkrarən sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, yalnız inzibati həbs növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 5(beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Hacıqabul şəhəri Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar