Məhkəmə qərarları › İş №3(071)-237/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-237/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-237/2025 08.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Hacıqabul rayonu, Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN 232670 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs BOKT "xxxx" MMC-yə 130 manat; Zərərçəkmiş şəxs3 QSC-yə 547,90 manat; "xxxx" ASC-yə 3460,86 manat; BOKT "xxxx" ASC-yə 3659,07 manat və Zərərçəkmiş şəxs2 ASC-yə qarşı yaranmış 10659,29 manat borcunu ödəməmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs kredit təşkilatlarına olan borcunu ödəmir. Dəfələrlə borcunu ödəməsi üçün xəbərdarlıq edilmişdir. Cavabdeh isə borcu ödəməkdən qəsdən boyun qaçırmışdır. Qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Bakı şəhəri Bakıxanov qəsəbəsində kirayə mənzildə yaşadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda keramika zavodunda işləyir. 550 manat məbləğində aylıq əmək haqqı alır. Əvvəllər dövlət işində işlədiyini bildirmişdir. Verilən suallara cavab olaraq subay olduğunu, aylıq 150 manat kirayə pulu ödədiyini bildirmişdir. Borcunu hissə-hissə ödəyəciyini nəzərə çatdırmışdır. Tələbkarlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tələbkarlar məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-2857 nömrəli icra qeydinə əsasən, cəmi 130 manat pul Şəxs alınaraq BOKT "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-565/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cəmi 547,90 manat pul Şəxs alınaraq Zərərçəkmiş şəxs3 QSC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-3047 nömrəli icra qeydinə əsasən, cəmi 3460,86 manat pul Şəxs alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cəmi 3658,89 manat pul Şəxs alınaraq BOKT "xxxx" QSC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cəmi 10659,29 manat pul Şəxs alınaraq Zərərçəkmiş şəxs2 ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında (icraata başlama haqqında qərar) bildirişdən görünür ki, Hacıqabul Rayon Notariat Kontorunun 8İ-2857 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində göstərilən tələbi dərhal könüllü şəkildə icra etməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında (icraata başlama haqqında qərar) bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-565/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi dərhal könüllü şəkildə icra etməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında (icraata başlama haqqında qərar) bildirişdən görünür ki, Hacıqabul Rayon Notariat Kontorunun 8İ-3047 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində göstərilən tələbi dərhal könüllü şəkildə icra etməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında (icraata başlama haqqında qərar) bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi dərhal könüllü şəkildə icra etməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında (icraata başlama haqqında qərar) bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi dərhal könüllü şəkildə icra etməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, icra sənədləri və icra qeydləri üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 08 sentyabr 2025-ci il tarixdən saat 12:25-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar