Məhkəmə qərarları › İş №3(071)-241/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-241/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-241/2023 01.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, zərər çəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 01 avqust 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 01 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində keçmiş həyat yoldaşı X2 yaşadığı evə gələrək nalayiq ifadələrlə təhqir etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 izahatında göstərdi ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində keçmiş həyat yoldaşı X3 Hacıqabul rayonu Nəvahi kəndində yaşadığı evdə nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Hacıqabul rayonu Nəvahi kəndində yaşayır. X6 onun keçmiş həyat yoldaşıdır. Onunla aralarında bəzən mübahisələri olur. xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində keçmiş həyat yoldaşı X6 işığı düzəltmək üçün onu evə çağırmışdır. Həmin vaxt onlar arasında hər hansı mübahisə olmamış, onu söyüb təhqir etməmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. Onunla aralarında hər dəfə aliment üstündə mübahisəsləri olur. xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində Səxavət onun yaşadığı evə gelərək azyaşlı uşaqlarının gözü qarşısında onu nəlayiq ifadələrlə söyüb təhqir etmişdir. Bu hərəkətlərinə görə onu bağışlamır. Onun barəsində həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində atası Səxavət sərxoş vəziyyətdə onlara gəlmiş və anası ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı atası Səxavət onların yanında anası Elmiraya nalayiq ifadələr işlətmiş və onu təhqir etmişdir. Bu hadisə əvvəllər də bir neçə dəfə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin və şahidin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 100 (yüz) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar