Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-242/2025 04.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndələri Qanuni nümayəndə2 Fərhad oğlunun və Qanuni nümayəndə1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X9 Xidməti 4 saylı X2 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X9 Xidməti 4 saylı X3 əməkdaşları tərəfindən Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində yerləşən "xxxx" MMC-nin su şəbəkəsinə qanunsuz qoşulmaqla su götürdüyü müəyyən edilmişdir. Nəticədə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Həmin ərizədə inzibati xəta haqqında protokol qanunsuz hesab edilərək bildirmişdir ki, 10 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati protokola və ona əlavə edilmiş sənədlərə nəzər yetirərkən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamış, həmçinin protokol MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inventarizasiya aparılması haqqında aktdan görünür ki, aktın doğruluğunu imzalayan şəxslərdən İsmayılov Fikrət adlı şəxs göstərilsə də, onun aktda imzası yoxdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş X15 Xidməti ilə “Kaspi Petrol MMC” arasında bağlanmış xx.xx.2007-ci il tarixli 42601149 nömrəli müqavilədən görünür ki, müqavilədə istehlakçının imzası, adı və möhürü, müddəti, ümumiyyətlə heç bir rekvizit məlumatı yoxdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 42601149 nömrəli müqavilədən görünür ki, müqavilədə “X15 Xidməti” PHŞ rəisi kimi imza etmiş məsul şəxs həmin dövrdə müəssisənin rəhbəri olmamışdır. Deməli su təchizatı müəssisəsi saxtakarlığa yol verərək iş materiallarına formal müqavilə əlavə etmişdir. Həmin müqavilənin bir nüsxəsi YDM ümumiyyətlə yoxdur, hətta müqavilə inzibati xəta haqqında protokolu tərtib etmiş “X15 Xidməti” PHŞ belə yoxdur. Bundan başqa, inzibati xəta haqqında protokol əsassızdır ona görə ki, kənar xəttin aşkar edildiyi ərazinin və sayğacın “Kaspi Petrol MMC” aidiyyəti yoxdur. Belə olan təqdirdə hansı əsasla xətanın törədilməsi aşkar edilir müəmmalıdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş sənədlərdən AKT hal şahidlərinin iştirakı ilə tərtib olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında “ Qanununun tələblərinə riayət olunmamışdır. Odur ki, SİMDNX-nin 4 Saylı Şirvan -X11 əməkdaşları tərəfindən tərtib olunmuş 10 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və SİMDNX -nin 4 Saylı Şirvan -X11 rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardadın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolu müdafiə edir. İşlə bağlı əməkdaşlar tərəfindən tam şəkildə araşdırmalar aparılmış və bütün sübutlar məhkəməyə təqdim olunmuşdur. Odur ki, hüquqi şəxs barəsində lazımi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi Qanuni nümayəndə2 Fərhad oğlu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, protokolu müdafiə edir. Hüquqi şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və iclasın təxirə salınması barədə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, tərtib edilmiş protokolu əsassız hesab edir və etiraz ərizəsini müdafiə edir. Bildirmişdir ki, Azərbaycan Dövlət Su X7 İstifadəsinə və X9 Xidmətinin əməkdaşları gəlib "xxxx" MMC-yə məxsus ərazidə onun məlumatı olmadan fotoşəkillər çəkmişlər və şəkillərə əsasən ərazidən qanunsuz olaraq çəkimiş su xəttinin "xxxx" MMC-yə aid olduğunu bildirdilər, lakin bu hal əsassızdır. Qeyd edilən su xətti ilə "xxxx" MMC-nin heç bir əlaqəsi yoxdur. Öhdəliyində olan yanacaq doldurma məntəqəsinə su lazım olduqda su maşınına pul verərək su ehtiyaclarını qarşıladığını bildirmişdir. Odur ki, "xxxx" MMC barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş tərəflər sözügedən əraziyə yerli baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin tərkibində olan əraziyə baxış keçirilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli yerli baxış protokolu tərtib edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli baxış iclasında qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, Hacıqabul rayon X13 İdarəsində işləyir. İdarəyə "xxxx" MMC-nin qanunsuz olaraq sudan kənar xətt vasitəsilə istifadə etdiyi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında X5 mühəndisi olaraq digər əməkdaşlarla birlikdə əraziyə baxış keçirmiş və həqiqətən də, "xxxx" MMC-nin qanunsuz olaraq sudan kənar xətt vasitəsilə istifadə etdiyi aşkar edilmişdir. Ərazidə aşkar edilmiş bütün nöqsanların fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Belə ki, iş materiallarında olan foto-şəkillər, video-görüntülərin əks olunduğu CD disk, şahid ifadəsi, akt və inzibati xəta haqqında protokolla inzibati xətanın törədilməsi öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X9 Xidməti 4 saylı X3 rəisi Ehtiram Muxtarovun 08 senytabr 2025-ci il tarixli, 25 nömrəli sərəncamından görünür ki, Su qanunvericiliyinin tələblərinə əməl olunması haqqında araşdırma məqsədilə bölmənin əməkdaşlarına Biləsuvar, Hacıqabul, Salyan və Neftçala rayonlarında 5 gün müddətində araşdırma tədbirinin aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 000847 nömrəli aktdan görünür ki, Hacıqabul şəhərində yerləşən "xxxx" YDM-nin su şəbəkəsinə qanunsuz qoşulmaqla su götürülməsi ilə bağlı daxil olmuş müşahidə məlumatı Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X9 Xidməti 4 saylı X3 əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı "xxxx" YDM-nin su şəbəkəsinə qanunsuz qoşulmaqla su götürdüyü müəyyən edilmişdir. Müəyyən edilmiş halla bağlı özünü "xxxx" YDM-nin (VÖEN **********) iş icraçısı kimi təqdim edən Rahil adlı şəxs su şəbəkəsinə qanunsuz olaraq qoşulduqlarını və qoşulduqları xəttin onların ərazisindən keçməsini şifahi olaraq bildirsə də, izahat verməkdən və sənədləri təqdim etməkdən imtina etmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Akta ərazidən çəkilmiş foto-şəkillər və toplanmış məlumatlar əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X9 Xidməti 4 saylı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində yerləşən "xxxx" MMC-nin su şəbəkəsinə qanunsuz qoşulmaqla su götürdüyü müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inventarizasiya aparılması haqqında aktın nəticə hissəsindən müəyyən edilir ki, qanunsuz olaraq çəkilmiş kənar xəttə görə cərimə aktı yazılmış və kənar xətt ləğv olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X15 Xidməti Publik Hüquqi X19 X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 248 nömrəli arayışdan müəyyən edilir ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən İsmayılov Fikrətə məxsus 'Kaspi Petrol” (YDM) Hacıqabul Su X1 İdarəsinin istismarında olan Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən d-110 mm su xəttinə müdaxilə edərək (qanunsuz qoşulmaqla) sudan qeyri-qanuni istifadəyə gorə suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə dəymiş ziyanın hesablanması cədvəlinə əsasən vurulmuş ziyanın məbləği 1026 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X9 Xidməti 4 saylı X3 əməkdaşları tərəfindən hazırlanmış foto-şəkillərdən və 01 ədəd “CD disk”dən Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində yerləşən "xxxx" MMC-nin su şəbəkəsinə kənar xətlə qanunsuz qoşularaq su götürməsi müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yerli baxış protokoluna əsasən müəyyən edilir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin tələblərinin pozulmasına dair Azərbaycan Dövlət Su X7 İstifadəsinə və X9 Xidmətinin 4 Saylı X2 daxil olmuş protokol üzrə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC nin tərkibində olan əraziyə saat 15:00 radələrində baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati qaydada icraat aparılan "xxxx" MMC Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşir və onun tərkibində olan ərazini uzun müddətdir ki, istifadə edir və həmin ərazi üzrə qanuni çıxarışa malikdir. Ərazi hər tərəfdən hasarlarla əhatə edilmişdir. Ərazidə istifadə edilən sanitar qovşaq var. Azərbaycan Dövlət Su X7 İstifadəsinə və X9 Xidmətinin 4 Saylı X3 əməkdaşının bildirdiyinə görə ərazidə əsas su xəttinə birləşən kustar üsulla hazırlanmış boru xətti aşkar edilmiş və həmin boru ilə sudan qanunsuz şəkildə istifadə edilmişdir. Sözügedən nöqsan aradan qaldırıldığı üçün yerli baxış zamanı ərazidə qanunsuz boru xətti aşkar edilməmişdir. Ərazidə baxış zamanı istifadə edilən sanitar qovşaq aşkar edilmiş, eyni zamanda, sanitar qovşağa bitişik şəkildə istifadədə olan su çəni müəyyən edilmişdir. Nəticə etibarı ilə sözügedən nöqsan Hacıqabul Su X1 İdarəsinin əməkdaşları tərəfindən aradan qaldırıldığından yerli baxış zamanı ərazidə qanunsuz su xətti müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda “77. Məcəllənin 229, 251.3, 262, 263, 264.0.2, 264.0.3 və 264.0.5 ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X9 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Agentlik yanında Suların İstifadəsinə və X9 Xidmətinin yerli bölmələrinin rəhbəri, onun müavini, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.” məzmununda dəyişiklik edilmişdir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını, hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını, su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini, su təsərrüfatı pasportunun tərtib edilməsini tələb edə bilər. Həmin Qanunun 67-ci maddəsinə əsasən bu qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 3.1.1-ci bəndinə görə STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçıların vəzifəsidir. Həmin Qaydaların 8.6-cı bəndinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 262-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində yerləşən "xxxx" MMC-nin su şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X15 Xidməti Publik Hüquqi X19 X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 248 nömrəli arayışa əsasən 5000 manatdan yuxarı olmayan məbləğdə, yəni 1026 manat ziyan vurulmuşdur. Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X9 Xidməti 4 saylı X3 əməkdaşları tərəfindən hazırlanmış foto-şəkillərdən və 01 ədəd “CD disk”dən də məlum olur ki, "xxxx" MMC heç bir sayğac olmadan qanunsuz olaraq kənar su xətti çəkərək suyu mənimsəmişdir. Hüquqi şəxsin etiraz ərizəsi ilə aktın və protokolun əsassız olduğunu bildirsə də, rəsmi sənədlərdə və video və foto çəkilişlərdə inzibati xətanın törədilməsini təkzib edən heç bir məlumata rast gəlinməmişdir. Hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında və etiraz ərizəsində sadəcə olaraq aktın və protokolun qanunsuz və əsassız olduğunu formal olaraq bildirsə də, onun etirazını sübut edən heç bir rəsmi sənəd və ya başqa bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə yalnız təqdim edilən sübutlara əsaslanaraq "xxxx" MMC-nin İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsini hesab edir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas olmamışdır. Məhkəmədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətiyüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli CəmiyyətiİXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə edilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-242/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-242/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver