Məhkəmə qərarları › İş №3(071)-243/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-243/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-243/2024 03.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanı mühafizəsi haqqında” qanuna əsasən yayılması qadağan edilmiş informasiyaları internet informasiya ehtiyyatında və ya informasiya-telekomunikasiya şəbəkəsində yayması, eyni zamanda müxtəlif üsullarla əldə etdiyi 02 ədəd hər biri 13 saniyə olmaqla Azərbaycan Respublikasının Prezidentinin çıxışını təhqiredici səslərlə montaj edilməsi, digəri isə Azərbaycan Respublikasının Prezidentinin karikaturasının təhqiredici formada hazırlanması və fonda nalayiq ifadələrlə hazırlanmış musiqinin səsləndirilərək montaj edildiyi videogörüntüləri sosial şəbəkələrdə paylaşması və yerləşdirməsi, eyni zamanda həmin görüntülərin yayılmasının qarşısını bilərəkdən almaması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, Şəxs məxsus olan mobil nömrənin vhatsapp hesabından 02 ədəd videogörüntü göndərildiyi müəyyən edilmiş, həmin videonun 13 saniyə olmaqla Azərbaycan Respublikasının Prezidentinin çıxışını təhqiredici səslərlə montaj edilməsi, digəri isə 13 saniyə olmaqla Azərbaycan Respublikasının Prezidentinin karikaturasının təhqiredici formada hazırlanması və fonda nalayiq ifadələrlə musiqinin səsləndirilməsi müəyyən edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, “Tiktok” sasial şəbəkəsində olan videoçarxlara baxarkən Azərbaycan Respublikasının Prezidentinin çıxışını təhqiredici səslərlə montaj edilməsi videoçarxını görmüş və həmin videoçarxı tanıdığı Nurşərəf Həsənovaya məxsus mobil telefona göndərmişdir. Etdiyi hərəkətdən peşmandır, bir daha belə hallara yol verməyəcəyinə söz verdi. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X3 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İş materilallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefonda 055 499 63 53 saylı mobil nömrəyə açılmış vhatsapp hesabı vardır, həmin vhatsapp hesabına daxil olduqda sonuncunun Şəxs məxsus olan mobil nömrənin vhatsapp hesabından 02 ədəd videogörüntü göndərildiyi müəyyən edilmiş, həmin videonun 13 saniyə olmaqla Azərbaycan Respublikasının Prezidentinin çıxışını təhqiredici səslərlə montaj edilməsi, digəri isə 13 saniyə olmaqla Azərbaycan Respublikasının Prezidentinin karikaturasının təhqiredici formada hazırlanması və fonda nalayiq ifadələrlə musiqinin səsləndirilməsi müəyyən edilmişdir, həmin videogörüntülər “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanı mühafizəsi haqqında” qanuna əsasən yayılması qadağan edilmiş informasiya hesab edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanı mühafizəsi haqqında” qanuna əsasən yayılması qadağan edilmiş informasiyaları internet informasiya ehtiyyatında və ya informasiya-telekomunikasiya şəbəkəsində yayması, eyni zamanda müxtəlif üsullarla əldə etdiyi 02 ədəd hər biri 13 saniyə olmaqla Azərbaycan Respublikasının Prezidentinin çıxışını təhqiredici səslərlə montaj edilməsi, digəri isə Azərbaycan Respublikasının Prezidentinin karikaturasının təhqiredici formada hazırlanması və fonda nalayiq efadələrlə hazırlanmış musiqinin səsləndirilərək montaj edildiyi videogörüntüləri sosial şəbəkələrdə paylaşması və yerləşdirməsi, eyni zamanda həmin görüntülərin yayılmasının qarşısını bilərəkdən almaması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs İXM-in 338-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02 oktyabr 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar